Yol polisi-sürücü davası – “Bu dəqiqə təpiyi qoyaram…”
yol polisi əməkdaşları ilə bir sürücü arasında insident yaşanıb. Cumhuriyyet.azaznews.az-a istinadən xəbər verir ki, insident 10 YP 537 dövlət nömrə nişanlı
avtomobillə xidmət edən yol polisi əməkdaşlarının 47 BS 634 dövlət nömrə
nişanlı minik avtomobilini saxlamasından sonra baş verib. Belə ki, yol
polisinin “saxla” əmrinə tabe olmayan sürücü, şəhərdə xeyli təqib edildikdən
sonra Babək prospektində səkiyə sıxışdırılaraq saxlanılıb. Bundan sonra isə sürücü
avtomobilin qapılarını bağlayaraq, nə yerə düşüb, nə də sənədlərini təqdim
edib. Uzun mübahisələr, sürücü ilə danışıqlar fayda verməyib. Nəticədə
ətrafdakılar da hadisə yerinə toplaşıb, yol, demək olar ki, bağlanıb. Sürücünün
bu davranışında təngə gələn polislər onu hədələməyə, təhqir etməyə başlayıblar.
Lakin bu da nəticə verməyib. Sonradan avtomobilin qapıları “atvyorka” ilə
açılıb və sürücü polis bölməsinə aparılıb. Hadisə şahidlərinin göndərdikləri
videonu təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=14385