Azərbaycana Zelandiya yağları gətirən gəmilər yoxa çıxıb
yağı və süddən hazırlanan başqa yağların idxal həcmi 19 milyon 715,9 min
dollar təşkil edib. Bunun 16 milyon 23,7 min dolları və ya 81,2 faizi
Yeni Zelandiya inəklərinin payına düşür. Amma Gömrük Komitəsinin bu
məlumatları Vellinqtonun (http://www.stats.govt.nz/infoshare) statistik
məlumatlarından kəskin fərqlənir. Onların məlumatına görə, bu dövrdə
Azərbaycan 85 milyon 47,6 min Yeni Zelandiya dolları (Yeni Zelandiya
dollarının ABŞ dollarına nisbətdə məzənnəsi 7 dekabr üçün 0,771-ə
1-dir) məbləğində yağ alıb.
Komitəsinin məlumatına görə, 2014-cü ilin 3 rübündə 6 min 262,9 ton Yeni
Zelandiya yağı idxal edilib. Bu ölkənin statistika qurumu Azərbaycana
kərə yağı ixracı barədə məlumat vermir, amma məlumat bazasında bu dövrdə
pul ifadəsində 65,6 milyon dollarlıq ixracat barədə məlumat var. Bu isə
Azərbaycan gömrük statistikasının məlumatından 49,5 milyon dollar və ya
4 dəfə çoxdur.
Yeni Zelandiyadan idxalın 99,8 faizi kərə yağı və süddən hazırlanan
başqa yağların payına düşür. Oktyabrda deyilən məhsulların idxal həcmi
8,26 milyon dollar olub.
məlumatına görə, 2013-cü ildə kərə yağı və süddən hazırlanan başqa
yağların ümumi idxal həcmi 8 min 367 ton, bəyannamə qiyməti 21 milyon
313,7 min dollar olub. Bunun 5 min 783,5 tonu (15 milyon 168,6 min
dolları) və ya 69,1%-i Yeni Zelandiyanın payına düşür. Yeni Zelandiya
yağının 1 tonu 2622 dollara bəyan edilib. Yerli bazarda bu malın 1 kq-ı
6,5 manat və ya 8 dollardır. İdxal edilən 1 ton kərə yağı Ermənistana
(4749 ton) 2013-cü ildə 4233,5 dollara başa gəlib.
ki, DSK-da da gömrük məlumatının adekvat olmadığının fərqindədirlər. ”
Turan” əvvəllər bildirmişdi ki, istehlak balansı hazırlananda Baytarlıq
Xidmətinin məlumatı nəzərə alınıb. Ona görə gömrüyün gizlədiyi başqa
yerdə üzə çıxır. Kənd Təsərrüfatı Nazirliyi DBX-nin məlumatına əsasən,
2013-cü ildə kərə yağı idxalının həcmi 21 644 ton olub.
statistikaya görə, fiziki şəxs və ev təsərrüfatlarının 21,9 min ton kərə
yağı istehsal etdiyini bildirir. Həmin mənbəyə əsaslansaq, kərə yağının
sənaye istehsalı cəmi 1,7 faiz təşkil edir. Ya da Bakı, Abşeron,
Biləsuvar, Bərdə, İsmayıllı, Lənkəranda istehsal göstəriciləri vergidən
gizlədilir. 2013-cü ildə yerli şirkətlərin kərə yağı istehsalı
göstəriciləri 376,5 ton olub. Bu, 2012-ci ildəkindən (499,3 ton) 24,6%
azdır.
səbətində ərzağın strukturuna yenidən baxıb və ildə 1 nəfər 7 kq kərə
yağın kifayət etdiyi barədə qərar verib. 2009-cu ildən bu göstərici 8 kq
idi. Hətta bu normada ildə Azərbaycanda bu məhsulun istehlakı həcmi 66
min tondan çox olmalıdır. Çatmayan 20 min tonun necə gizlədildiyi məlum
deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=14386