Fətullah Gülən PKK ilə iş birliyində
10.12.2014 - 00:09

Polşadan səfərdən qayıdan Türkiyənin baş naziri Əhməd Davudoğlu sensasion açıqlamalarla yadda qalıb. Avropa.info
xəbər verir ki, Davudoğlu mediaya açıqlamasında PKK və Fətullah Gülənin
rəhbərlik etdiyi “paralel dövlət”in birgə çalışmaları ilə bağlı
əllərində sənədlər olduğunu deyib.
“”Paralel dövlət”lə PKK birgə çalışır. Kimin kimlərlə görüşdüyünü bilirik. Əlimizdə bunların sənədləri var”. Baş nazir həmçinin, CHP ilə “paralel dövlət”in əməkdaşlıq içində olduğunu da sözlərinə əlavə edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14388