Azərbaycanda vəhhabi maliyyə təşkilatlarının siyahısı

10.12.2014 - 01:02

Azərbaycanda
vəhhabilərin gizli və açıq maliyyə fondları fəaliyyətdədir. Bu fondlar
sələfilərin maddi rıçaqlarının genişlənməsi üçün iş başındadırlar. Bununla bağlı axar.az-a verilən məlumata görə, bu ilin avqustunda Milli Təhlükəsizlik
Nazirliyi və Vergilər Nazirliyi əməkdaşlarının “Dar əl-Bir” xeyriyyə
cəmiyyətində apardığı axtarışlar da maliyyə fondlarının ciddi nəzarət
altına almasına hesablanıbmış. 
“Dar əl-Bir” sələfilərin xeyriyyə cəmiyyətidir. Bu cəmiyyət Bakı və
Sumqayıtda daha fəal işləyir. Hətta Sumqayıtda cəmiyyət üzvlərinin
gözəgörünməz nümayəndələri vəhhabilərə əlbəəl pul paylayırlar. Onlara
“vəhhabilərin kassası” deyilir və hər ay ticarətlə məşğul olan bu
təriqət üzvlərinin “maaşı” çatdırılır. 

1994-cü ildən ölkədə fəaliyyət göstərən “Dar əl-Bir” xeyriyyə
cəmiyyətindən ayrı qeyri-leqal fondlar da mövcuddur. Bu fondlar əsasən
Rusiyadan təsis edilən təşkilatların özəkləridir. Rusiyada 14
“Vəhhabi-İslam” təşkilatı qeydiyyatdan keçib. 

Bunlar arasında “Əl-İğas”, “Dar-Əl-Ver”, “İslam konqresi”, “Sino”,
“İslam dünyası”, “Vəhhabi tövbəsi”, “Nicat”, “Əl-Xeyriyyə”,
“Əl-Həramiyyə” və s. vəhhabi cəmiyyət və təşkilatları misal göstərmək
olar. Bu qurumların Azərbaycanda özəkləri barədə də məlumat var.
Məsələn, Zaqatalada 2000-ci ildə “Əl-İğas” təşkilatının özəyi yaradılıb.
2001-ci ildə Mosul kəndində “Sino” cəmiyyətinin, Çar kəndində isə
“Nicat” təşkilatının özəyi (2000-ci ildə) yarandı. Qaxda da İlisu və Qaşqaçay kəndlərində “Əl-İğas” təşkilatının özəyi var. 

2003-cü ilin may-iyun aylarından başlayaraq Zaqatala, Xudat, Xaçmazda
“İslam uğrunda”, “Əbdül-Vəhhabın vəsiyyətləri”, “Əl-Həramiyyənin
çağırışı” adlı vərəqələrin yayılması başlanıb. Bu vərəqələrlə vəhhabilər
təbliğat aparıblar.

Məlumatlarda deyilir ki, Səudiyyə Ərəbistanının “Ümumdünya İslam
təşkilatı”, “İslama Çağırış Komitəsi”, “İslam Xeyriyyə Təşkilatı”,
“Beynəlxalq İslama Yardım Təşkilatları” vəhhabi təşkilatları müxtəlif
dövrlərdə Azərbaycanın qaçqın düşərgələrində xeyriyyəçilik tədbirləri
adı altında missionerlik fəaliyyəti aparıblar.

Onu da deyək ki, mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)
Dubay Əmirliyində yerləşən “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə,
Birləşmiş Ərəb Əmirliklərində Əmək və Sosial Məsələlər Nazirliyinin
23/79 saylı sərəncamı ilə təsis edilib. 

Bu qurumlar Azərbaycanda din təbliğatı, Quran kursları, azərbaycanlı
gənclərin xarici ölkələrdə təhsil alması, məscidlərin tikilməsi kimi
dini yönümlü fəaliyyətlər də həyata keçiriblər. Ancaq zamanla Azərbaycan
hökuməti şübhəli fəaliyyətləri olan bir çox təşkilatları ölkədən
çıxarıb. Yalnız bir neçə təşkilat, o cümlədən “Dar əl-Bir”, eləcə də
Küveytin Asiya Müsəlmanları Komitəsi və daha bir neçə yardım qurumu
mövcudluğunu qoruyub saxlaya bilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=14391

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728