Azərbaycanlı gənc o universitetə qəbul oldu: Buranı bitirən azı 88 min maaş alır

15.03.2020 - 11:28
Jurnalist Şahvələd Çobanoğlunun oğlu Abutalıb Namazov dünyanın ən nüfuzlu universitetlərindən birinə Massachusetts İnstitute of Technology (MİT) Computer Science ixtisasına qəbul olub.
Ann.az xəbər verir ki, bu barədə məlumatı iqtisadi ekspert Qubad İbadoğlu şəxsi “Facebook” hesabında paylaşıb.
Ekspert paylaşımında universitet barədə də məlumat verib. O bildirib ki, sözügedən təhsil ocağını bitirən məzunlar üçün başlanğız əmək haqqı 88200 dollardır:
“MİT Massachusetts ştatının Boston ərazisinin Kembric şəhərində yerləşən kiçik özəl məktəbdir. Bakalavr tələbələrinin sayı 4510 nəfərdir. Bu universitetdə təhsil haqqı 53,790 dollardır. Qəbul olunma dərəcəsi 7 faizdir. Kompyuter elmləri, Mexaniki mühəndislik və Riyaziyyat ən populyar ixtisasıdır. Tələbələrinin Universiteti bitirmə faizi 94-dür. Bu Universiteti bitirən məzunlar üçün başlanğıc əmək haqqı 88200 dollarıdır. ABŞ-ın 1 nömrəli kompyuter elmləri məktəbi bu institut hesab olunur. MIT Quacquarelli Symonds (QS) 2019-20-ci il reytinqində dünya üzrə 1-ci, Times Higher Education 2020 reytinqində dünya üzrə 5-ci yerdədir”.
Xatırladaq ki, Abulatıb bu ilin yanvar ayında Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) informatika fənni üzrə Azərbaycan məktəbliləri arasında yeganə qızıl medalı qazanmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=143923

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31