ABŞ etirazlarında pik nöqtə: Ağ Ev mühasirəyə alınıb

10.12.2014 - 01:21

“Mən nəfəs ala bilmirəm!” Birləşmiş Ştatlarda öldürülən qaradərili
yeniyetmənin bu son sözü onun qətlində şübhəli bilinən polis əməkdaşına
məhkəmənin bəraət verilməsindən sonra artıq iki həftədir ki,
etirazçıların əsas şüarına çevrilib. Etirazçılar paytaxtda Ağ evə gedən
yolları bağlayıb.
ANS-in Vaşinqton bürosunun məlumatına görə, ABŞ-da iki qaradərilini
öldürən polisin bəraət almasına qəzəblənən insanlarin etirazları artıq
iki həftəyə yaxındır ki, davam edir.
Bütün ölkəni bürüyən aksiyaların şüarları isə dəyişməz olaraq qalır.
“Qara problemi mövcuddur”, “mənə demokratiyanin nə olduğunu göstər”,
“ədalət yoxdur”, “bizi öldürməyi dayandırın”, “mən nəfəs ala bilmirəm”.
ABŞ-da qaradərilərin öldürülməsilə bağlı ölkədə baş qaldıran etirazlar
Vaşinqtonda da demək olar ki, hər gün keçirilir. Bir qrup gənclər öz
etirazlarını bildirmək üçün əsasən paytaxtın mərkəzi küçələrini
seçirlər.
Vaşinqtonda etirazçılar əsasən Ağ evə gedən istiqamətdə əsas yollarda yürüş edirdilər.
Aksiya iştirakçıları yolları bir müddətlik bağladılar. Dinc keçən yürüşü
polis kənardan izləyirdi. Etirazçılar isə qaradərilinin ölümünə görə
polis cəza almayana qədər öz etirazlarını davam etdirəcəklərini
bildirdilər.
Birləşmiş Ştatların prezidenti Barak Obama bildirib ki, insanlar
hüquq-mühafizə orqanları və polis tərəfindən ədalətli rəftar edildiyini
hiss etmələri olduqca vacibdir. Çünki onlar ədalətli davranmayanda
nəticə ölümcül ola bilər.
Hazırda isə keçən ay polisin öldürdüyü iki nəfərin, üzərində silah
olmayan 28 yaşlı Akay Qurleyin və 12 yaşlı Tamir Raysın işi ilə bağl
münsiflər məhkəməsində araşdırma gedir. Məhkəmənin qərarı səbirsizliklə
gözlənilir.

Birləşmiş Ştatlarda etirazların tezliklə səngiməyəcəyi gözlənilir.
Çünki, ən azı bu günə təyin edilən böyük yürüş şənbə gününə qədər təxirə
salınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14393

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930