Amnesty İnternational İsraili biabır etdi

10.12.2014 - 11:05

Amnesty İnternational təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən
və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini
bildirib. ANS PRESS-in məlumatına görə, bazar ertəsi açıqlanan hesabatda Amnesty
İnternational İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq,
Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların
əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyini
bildirilir. Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın
yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd
edilir.
Amnesty İnternational Tel-Əvivin hesabatdakı açıqlamalarla bağlı şərh
vermək üçün təşkilatın müraciətinə cavab vermədiyini bildirib. İsrail
bundan öncə Həmasın hərbi əməliyyatlar keçirmək və silah saxlanması üçün
mülki obyektlərdən istifadə etdiyini bildirib.

Qeyd edək ki, bu beynəlxalq təşkilatın İsraili ifrat gücdən istifadə
etməkdə ittiham etdiyi ilk hal deyil. Amnesty İnternational təşkilatının
noyabr ayında açıqladığı hesabatda İsrailin yaşayış binalarına indiyə
qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və
böyük dağıntılara səbəb olduğunu bildirilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=14402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728