“Turalı ilk gündən Xədicənin yanına məqsədli şəkildə yerləşdiriblər”
Həbsdəki jurnalistin işindəki
“açar fiqur”dan şok açıqlamalar
Aynur İmranova: “Turalı ilk gündən Xədicənin
yanına məqsədli şəkildə yerləşdiriblər”; “Hara gedirdiksə, Tural zəng
edib yanımıza gəlirdi…”; “Evimizə kamera da qoymuş ola bilər, hər şey
də edər…” ; “Nişanlısını bir neçə dəfə, pis formada döyüb”
AzadlıqRadiosunun
əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılla bağlı istintaq davam
etdiyi müddətdə adı ən çox hallandırılanlardan biri də jurnalist Aynur
İmranovadır. X.İsmayılı tutduran jurnalist Tural Mustafayev bu günə
qədər bir neçə dəfə A.İmranovanın təsiri ilə həbsdəki jurnalistin bəzi
hərəkətlər etdiyini deyib.
Tural Mustafayev müsahibələrində və facebookdakı şərhlərində sizin
adınızı tez-tez çəkir, bu məsələdə sizi ittiham edən fikirlər
səsləndirir… Nədir bu ittihamların kökü?
məsələdə mən susacam. Tural da, nişanlısı Rövşanə də mənə dəfələrlə dedi
ki, bu məsələlərə qarışma.
belə bir plan hazırlanır və onu bu məsələ ilə bağlı həbs edə bilərlər.
görə ki, bu məsələyə Xədicənin heç bir dəxli olmadığı halda adı
hallanmağa başladı birdən-birə.
qarşı nəsə edə bilər. Çünki o, israrla bütün uğursuzluqlarını ona
bağlayırdı. Halbuki düşünmürdüm ki, Xədicənin onun işlərinin
alınmamasında nə isə rolu olsun. Çünki mart ayından bəri onların heç bir
kontaktı yox idi. Və Xədicənin də Turaldan daha vacib işləri var idi.
Tural mart ayından sentyabr ayına qədər bir neçə sayta düzəlmişdi. Amma
az müddət ərzində də işdən uzaqlaşdırılmışdı. Bunların çoxu da
hakimiyyətə yaxın saytlar idi. Buna görə də işdən çıxarılmasında Xədicənin hansısa rolunun olması
tamamilə absurddur. Hətta mən aznevs.az və interpress.az saytlarının
rəhbərlikləri ilə şəxsən danışmışdım ona görə. İkisi də onun işdən
çıxarılma səbəbi kimi məsuliyyətsiz olmasını, işə gec gəlməsini
göstərdi. Biz də bilirik ki, müasir dövrdə saytlarda belə jurnalistə
ehtiyac olmur. Onlara çevik işləyən, işə hamıdan tez gəlib, hamıdan gec
gedən jurnalistlər lazımdır. Mənə elə gəlir ki, bu iş məsələsində
Turalın içki düşkünü olması fəaliyyətinə mane olurdu.
mənə ona görə qıcıqlıdır ki, ilk gündən onun Rövşanə ilə münasibətlərinə
qarşı olmuşam. Hətta elə dövr olub ki, Rövşanəyə mənimlə görüşməyi
qadağan edib, mane olurdu. Çünki onlar tanış olduqları ilk gündən
etibarən mən Rövşanəyə Turalın içkiyə meylli olmasını demişdim, onu bu
barədə məlumatlandırmışdım. Rövşanə mənim üçün çox dəyərli olduğu üçün
onun Tural kimi biri ilə münasibətinin olmasını istəmirdim.
Xədicə İsmayılla sevgi münasibətlərində olub? Hər halda, Turalın yaydığı
ilkin məlumatlar, “screen şotlar” bu barədə təxmin yürütməyə imkan
verir.
münasibətinin olması barədə məlumatsızam. Xədicənin çoxlu dostları olub,
mən daxil, Tural da onlardan biridir. Amma Tural Rövşanə ilə 8 mart
tarixində tanış olub, elə həmin gün də facebook səhifəsində durumunu
dəyişdirib “münasibətdədir” yazmışdı. O sürətlə “yaranan” münasibətləri
isə heç kim ciddiyə almazdı. Amma onların bu 7 aylıq münasibətində çox
problemlər yaşanmışdı. Tural davamlı olaraq Rövşanəyə fiziki və mənəvi
təzyiq göstərirdi. Rövşanə çox dəyərli xanımdır, ailəsinə hörmət edir.
Utandığından bütün bu problemləri açıb ağartmırdı. Hətta onların
problemlərinin bir necəsinə mən də şahid olmuşam.
açıqlamayım. Amma bəzi məsələlər var ki, orda səslənməyib və Turalın
məni niyə ittiham etməsinin kökündə dayanır. Onlar barədə məlumat verə
bilərəm. Bir gün gecə 2-3 radələrində Rövşanə mənə ağlayaraq zəng etdi
və soruşdu ki, “Aynur, mən … am?” Həmin təhqiramiz sözü mən işlətmək
istəmirəm. Amma Rövşanə çox səviyyəli qadındır, anladım ki, o, bu sözü
işlədirsə, nəsə baş verib. Mən onun yanında Turalın çığırtısını
eşidirdim. Mən Turalın daha öncə də ona qarşı etdiyi pis hərəkətlərdən
xəbərdar olduğum üçün dedim ki, telefonu Turala ver. Telefon anidən
bağlandı. Mən anında facebookda status yazdım ki, Turalın ev ünvanını
axtarıram, polisə zəng vuracam.
yazdım ki, dostları ona zəng etsin və onun Rövşanəyə zərər vermək fikri
olsa belə, bundan çəkinsin. Düşündüyüm effektiv oldu. Dostları ona zəng
etdilər ki, Aynur səni polisə verəcək, neynəmisən. Bu hadisələr 15-20
dəqiqə ərzində yaşandı. Mən tez əynimi dəyişib, Rövşanənin anasıgilə
gedəndə Rövşanə yoldan mənə zəng elədi ki, bəs Tural artıq məni buraxıb,
evə gedirəm. Mən də onlara getdim. Gördüm kii, Rövşanənin qollarında,
boğazında, üzündə Tural tərəfindən vurulmuş zərbələrin izi var.
niyə Aynurla ünsiyyəti kəsmirsən, o, sənin nişanlını saymır, Tiflisə
aparmır. Mən o dövrdə Tiflisdə keçiriləcək bir təlim üçün 10 nəfərlik
jurnalist qrupu yığırdım, amma onun müraciətinə baxmayaraq, xroniki
alkoqolik və məsuliyyətsiz olduğu üçün qrupa əlavə etməmişdim. Nə isə,
mən həmin gecə Rövşanənin anası ilə yaşadığı evə getdim. Az keçmədən
gördüm Tural da gəlib qapını sındırır. Səsini qaldırır ki, “çıx bayıra,
danışaq”. Mən bunu dartıb içəri saldım ki, gəl içəridə danış,
qonşulardan ayıbdır, Rövşanə anası ilə tək yaşayan adamdır. Tural
sonradan bildirib ki, guya mən ona içəridə təzyiq göstərmişəm. Amma o
elə sərxoş idi ki, bütün səhəri gün heç nə xatırlamırdı. Və həmişə
olduğu kimi böhtan atır, adımı hallandırır, onun mənfi keyfiyyətlərini
tənqid edənlərin hamısını birdən cəzalandırmaq istəyir.
çalışdığı ofisə girib, onun üzündən ağır bir zərbə vurmuşdu. Bu qız çox
ağır travmalar keçirib. Dəfələrlə Rövşanəni təhdid edib ki, sənin üzünə
kislota atacam, sənə pis olacaq. Bu mesajları da Rövşanə öz yaşadığı
rayonun polisinə təqdim edib. O yaşda xanım işə anasının və dostlarının
müşayiəti ilə gedib gəlmək məcburiyyətində qalmışdı.
bağlı problem yaşaması, sənə qarşı etdiyi fiziki və mənəvi təzyiqlərlə
bağlı mətbuata məlumat ver. Amma mən bunu deyəndə Rövşanə çox aqressiv
cavab verdi və dedi ki, bunu etməyəcək. Sonradan belə başa düşdüm ki,
mən ona zəng edəndə Tural da yanında imiş. Əks halda, Tural bu haqda
məlumatı ola bilməzdi. Hər halda, mən bu durumda iki zərərçəkmiş
rəfiqəmin arasından ən ağır durumda olanı – Xədicəni seçdim. Rövşanə isə
indiki məqamda əlindən gələni etmir, gerçəkləri açıqlamır. Demir ki,
onların arasındakı problemlərin səbəbkarı Xədicə deyil.
– İddialardan biri də odur ki, Turalla nişanlısının münasibətlərinin korlanmasında Xədicənin rolu olub.
etiraf etmək lazımdır ki, Xədicə İsmayıl elə bir nüfuzlu şəxsiyyətdir
ki, onu daşıya bilməyən insanlar, Xədicə heç nə etməsə belə, onun adının
altında əzilirlər. Tural bütün uğursuzluqlarına görə Xədicəni
günahlandırırdı. Münasibətin gərginləşməsində Xədicənin nə rolu ola
bilər axı? Bu adamı iki saytdan çıxardıqlarına görə mən özüm danışmışam.
Deyiblər ki, işi bacarmadığı üçün çıxarmışıq. Tural heç yerdə
işləmirdi, gəlib Rövşanənin evində yaşayırdı. Axırıncı problemləri də
ondan yarandı ki, Rövşanə demişdi ki, “bizdə qalma. Anamdan utanıram”.
İsmayılla söhbətlərinin “screen şotu” nədən xəbər verir? O dialoqlardan
ona qarşı istifadə edilə bilər?
olmayıb. Əgər nəsə münasibətlər olubsa belə, həmin gün bitib. Tural
əvvəl deyirdi ki, ailəm yoxdur. Sonra deyib ki, evliyəm, amma ayrılacam.
Amma Tural Xədicəni tanıyana qədər bir neçə dəfə boşanmaq üçün müraciət
edib. Bunu dəqiqləşdirmək istəyənlər Göyçaydakı əlaqədar qurumdan da
öyrənə bilərlər. Onun ailəsində problem olub. Bakıya gəlib, sonra
dayısının evində qalıb. Sonra isə daha iki nəfərlə – rəhmətlik İsa
Şahmarlı və ictimai sektorda Kaktus adı ilə tanınan xanımla bir evdə
qalıb.
şot”lar, görüntülər var. Münasibətiniz olduğu dönəmlərdə bundan
şübhələnirdizmi?
müxalifətçiləri ilə danışmışdım. Onlar demişdilər ki, Turalın mövqeyində
problem var. Amma mən sizə bir sual verim, hesab edək ki, bunlar
sevgili olublar. Bir insan agent kimi yerləşdirilməyibsə, sevgilisi ilə
danışıqları niyə səs qeydinə alsın axı? Sizcə, bu şübhəli deyilmi?
insanın yanında olub hər zaman. Dəstək olub ona. Tural da düşmüş insan
kimi görünüb, bizim çevrənin mərhəmətindən istifadə edib. Onu ilk gündən
Xədicənin yanına məqsədli şəkildə yerləşdiriblər. Bu adam israrla bizim
yanımızda olub. Biz hara getmişiksə, zəng edib ki, mən də gəlirəm ora.
Bizlə yeyirdi, gəzirdi, nərd oynayırdıq. 10-15 nəfər yığılırdıq hamımız,
o da gəlirdi.
göndərib. Şəkli paylaşmaqda məqsədim onun nə xarakterdə, nə ağılda
olduğunu hamıya göstərmək olub. Bu ictimai sektorda hamı onu tanıyır.
Onlarla adam Turalla eyni məclisdə olub. Hamı bilir ki, o, məclisdə
özünü idarə edə bilmir, yeyib-içir, amma hesab ödəmir. İşləyən deyil.
ANS-dən də çıxarılmasına, İVPR-dən getməsinə Xədicə səbəb deyildi? O
zamanlar heç Xədicə ilə tanış deyildilər.
Məsələn, AzadlıqRadiosunda, “Meydan TV”də işə düzəlməsində Xədicənin
rolu olub?
tanış olub, onu ora Xədicə işə düzəltməyib. Radiodan çıxanda isə Xədicə
də, dostları da ondan “iş tap, sonra çıx” deyə xahiş etmişdilər. “Meydan
TV”yə isə müsabiqə əsasında qəbul olunub, cəmi bir videooperator yerinə
bir ərizə verilib, o da Turalınkı. Seçim yox idi, o götürüldü. Oradan
necə çıxarılmasını isə Emin Milli açıqlayıb.
Evinizə kamera yerləşdirməsi, səsinizin yazılması…. bunlar
mümkündürmü?
Bilirsiz, o evə çox insan gəlirdi. Xədicənin, bizim dostlarımız orda
otururdu. Biz orda həm də işləyirdik, bütün araşdırmaçı jurnalistlər bir
yerə yığışıb yazılar hazırlayırdıq. Xədicə onlarla, yüzlərlə faktlar
üzə çıxarmış jurnalistdir, korrupsiya araşdırması ilə bağlı onlarla
jurnalist yetişdirib. Xədicə Azərbaycanda vicdan etalonuna çevrilib. Özü
heç kimlə əməkdaşlıq etməyib, sövdələşməyə getməyib. Ona görə də
hamıdan bunu tələb edib. Onu ilişdirmək üçün əsas tapa bilmirdilər. Məhz
bu cür iyrənc vasitələrlə həbs etmələrinin yeganə səbəbi isə onun
nüfuzuna zərbə vurmaq istəyi idi. Hətta dindarlar onu təhdid edəndə
nardaranlı ağsaqqallar onu müdafiə etmişdilər. Nüfuzu bu qədər güclü
idi. Belə şər-böhtanla ona heç nə edə bilməzlər. Bu günə qədər Xədicə
ancaq araşdırmaçı jurnalist idisə, bundan sonra o, qəhrəmana çevrildi.
- 10 Dekabr 2014
- 11:20Bakıda kollec tələbəsi bıçaqlanıb
- 11:13ABŞ-da işgəncə hesabatı: suda boğma, 180 saat yuxusuz saxlama…
- 11:07Bakıda axtarışda olan 7 nəfər tutulub
- 10:59Vəkil Xalid Bağırovun fəaliyyətinə xitam verildi
- 10:47Maradona prezidentin çıxışı zamanı yatıb
- 10:41ABŞ “İŞİD”-ə qarşı mübarizəyə 3,4 milyard xərcləmək istəyir
- 10:33Ramzan Kadırovun şəkli güllələndi (VİDEO)
- 10:28İsveçrə hökuməti qondarma “erməni soyqırımı”na abidə qoyulması təklifini rədd edib
- 10:22Sabirabadda 55 yaşlı kişi özünü güllələyib
- 10:15İsraildə İslam ziyarətgahlarını partlatmaq istəyən ABŞ vətəndaşı həbs olundu
- 10:08ATƏT Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirəcək
- 10:01NATO Baltik üzərində Rusiya təyyarəsini müəyyən edib
- 09:53Amnesty İnternational: “İsrailin Qəzzada bombardmanları müharibə cinayətidir”
- 09:48Arvadını öldürdüyü deyilən biseksual milyoner azadlıqda- Fotolar
- 09:38Odessada Ukrayna ordusuna yardım mərkəzi partladılıb
- 09:20“Sevil Massivi”ndə zərərçəkənlər aksiya keçirməyə hazırlaşır
- 09:10Ehtiyatda olan hərbçi nazirə müraciət etdi
- 09:00 Xədicə İsmayılın rəfiqəsindən gündəmi dəyişəcək açıqlamalar
- 08:55Qubad İbadoğlu şok korrupsiya faktları açıqladı
- 08:50Avropanın Türkiyəni Rusiyadan qoparma projesi
- 08:43“Vosmoy” bazarı satılır?
- 08:40 Əmanətlərin cəmi 30 faizi sığortalanır
- 08:39Tural Mustafayevin “intihar şousu” barədə ilginc detallar və foto-fakt üzə çıxdı
- 08:35 Cəbhədə gərginlik artdı; düşmənin diversiya qrupu məhv edildi
- 08:30Çin dünya liderinə çevrilə biləcəkmi?
Short URL: http://www.cumhuriyyet.net/?p=14404