ABŞ-da işgəncə hesabatı: suda boğma, 180 saat yuxusuz saxlama…

10.12.2014 - 11:56

ABŞ-da 11 sentyabrdan sonra Mərkəzi Kəşfiyyat  İdarəsinin  (MKİ)   tətbiq etdiyi işkəncələri əks etdirən  hesabat  açıqlanıb.
Avropa.info xəbər verir ki,  Senatın Təhlükəsizlik Komitəsinin
rəhbəri Dianne Feinstein MKİ-nin saxladığı əsirlərə qarşı beynəlxalq
hüquq normalar  xaricində işkəncə metodlarından istifadə etdiyinə dair
hesabatı açıqlayıb.
Həm MKİ, həm də sabiq prezident Corc Buş hökuməti 11 sentyabrdan
sonra “qara bölgələr” olaraq adlandırılan mərkəzlərdə terror
 “şübhəliləri”nə qarşı tətbiq olunan sorğu metodları səbəbi ilə böyük
tənqidlə üz-üzə qalmışdı. 
Feynsteinin açıqladığı hesabat vasitəsilə də ilk dəfə olaraq
ictimaiyyət MKİ-nin tətbiq etdiyi işkəncə metodlardan  xəbərdar olub. 
Təxminən 6000 səhifəlik hesabatın açıqlanan 528 səhifəlik
xülasəsində MKİ-nin beynəlxalq hüquq normaları xaricində saxlanılan
əsirlərə qarşı işkəncə vermə, sağlamlığa zərər vurma kimi vasitələrdən
istifadə etdiyi bildirilir. 
Hesabatda Corc Buşun hakimiyyəti vaxtında MKİ-nin gizli sorğu
məntəqələrində 119 nəfərə qarşı istifadə olunan işgəncə metodları geniş
araşdırılıb. 
Hesabatda sorğu proqramını həyata keçirən vəzifəli şəxslərin bəzən
Buş hökumətinin təsdiq etdiyi metodlardan kənara çıxdığı da bildirilir.
Bununla yanaşı MKİ-nin işkəncə metodları arasında suda boğma, dar bir
yerdə saatlarca saxlama, günlərcə yuxudan məhrum etmək, döymə, kiçik
qutularda saxlama kimi metodların olduğu bildirilir.
MKİ-nin istifadə etdiyi ən sərt işgəncə metodu kimi əsirlərin 180 saata qədər yuxudan məhrum edilməsi göstərilir. 
Bundan başqa, hesabata görə MKİ-nin Avropa və Asiyanın bir çox
ölkəsində saxlanılan 119 əsirdən ən azı 26-sının heç bir günahı olmadan
işgəncələrə məruz qaldığı qeyd edilir. Qurumun işkəncələr üçün öz
əməkdaşlarından başqa iki psixoloqla da əməkdaşlıq etdiyi məlum olub. 
Hesabatın 6200 səhifəlik əsli hələ də gizli saxlanılır.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ölkədə uzun zamandır
müzakirə mövzusu olan MKİ-nin işkəncə metodlarına dair açıqlamasında
“Bəzi insanlara işgəncə verdik” deyib. O həmçinin işgəncələrin sabiq
prezident Corc Buşun hakimiyyəti dövründə baş verdiyini də söyləmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=14405

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728