Hacıbala Abutalıbov Şaxta babalar axtarır

10.12.2014 - 15:55

Bakı şəhərinin meydanlarında və əhalinin gur olduğu yerlərdə Şaxta babalar dekabrın 20-dən sonra fəaliyyətə başlayacaq.
Bu
barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət
Departamenti mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.
Ə.Bağırovun
sözlərinə görə, hələlik Ticarət və Xidmət Departamentinə Şaxta Baba
fəaliyyəti üçün icazə almaq istəyənlərdən hər hansı müraciət daxil
olmayıb: В«Əvvəlki illərdə dekabrın əvvəllərində müraciətlər olurdu. Bu
il isə bir qədər gecikir və ümid edirik ki, yaxın bir həftə-on gün
ərzində müraciətlər olacaq. Əvvəlki illərin təcrübəsi göstərir ki,
müraciətlər əsasən əhalinin gur olduğu ərazilərdə fəaliyyətlə bağlı
olurВ».
Ə.Bağırov xatırladıb ki, Bakı şəhər
Ticarət və Xidmət Departamenti Dənizkənarı Bulvar istisna olmaqla,
şəhərin digər ərazilərində Şaxta Baba fəaliyyətinə icazə verir.
İdarə
sözçüsü Şaxta Baba olmaq istəyənlərə hər hansı şərtlərin qoyulmadığını
bildirib: В«Onlar sərbəstdirlər. İstədikləri Şaxta Baba geyimini geyinə
bilərlər. Amma onlara verilən yerdə bu xidməti göstərməli, başqaları
üçün təyin olunan yerə girməməlidirlərВ».
Ə.
Bağırov bu il Şaxta Baba olmaq istəyənlər üçün icazənin qiymətinin
artırılmasının nəzərdə tutulmadığını bildirib. Xatırladaq ki, ötən
illərdə icazənin qiyməti 60 manat, fəaliyyət müddəti isə yanvarın 13-dək
təşkil edib. İcazə alan Şaxta Baba yanında Qar Qızı da saxlaya bilər.
Qeyd edək ki, ötən Yeni İl ərəfəsində Bakı şəhər Ticarət və Xidmət Departamentindən 30 Şaxta Baba icazə alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728