Meyit daşıyan avtomobil qəza törədib

10.12.2014 - 15:59

Ələt-Astara-İran avtomobil yolunun
128-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində yol-nəqliyyat
hadisəsi baş verib. “Report”un məlumatına görə, qəza zamanı Astara
rayonu istiqamətində hərəkət edən 1992-ci il təvəllüdlü Yardımlı rayon
sakini Səmədov Orxan Elxan oğlunun idarə etdyi “Hyundai H1” markalı yük
avtomobili ilə 1978-ci il təvəllüdlü Cəlilabad rayon sakini Dadaşov
Çingiz Zakir oğlunun idarə etdiyi eyni markalı minik maşını toqquşub.
Qəza zamanı yük maşını minik maşınının arxa hissəsinə çırpılıb. Nəticədə
hadisəyə səbəb olan yük maşınının sürücüsü  O.Səmədov xəsarət alıb. O,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, hadisə zamanı O.Səmədovun yük maşınında meyit olub.
Ehtimala görə, sürücü dəfn mərasiminin keçiriləcəyi Lerik rayonuna
tələsdiyindən qarşısındaki nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün
seçməyib və nəticədə hadisə baş verib.   
Qəza ilə bağlı isə artıq Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq
və təhqiqat şöbəsində araşdırma başlanılıb. Qəzada iştirak edən
sürücülərin izahatları alınıb. Hadisənin səbəbləri araşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14414

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728