SOSİAL RİFAH DAVAMLI ŞƏKİLDƏ YÜKSƏLƏCƏK

17.03.2020 - 15:04

Sosial yönümlü islahatların reallaşdırılması ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən –günə genişlənməkdədir.
Bu fikri Milli Məclisinin deputatı Kamaləddin Qafarov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial
Müdafiəsi naziri S.Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət
bildirərkən söyləyib.
K. Qafarov bildirib ki, ötən il həyata keçirilən sosial islahatlar Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli
dərəcədə kömək etdi. Bu islahatlar paketinin ən önəmli istiqamətlərindən biri pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın
birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə
etdi. Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da buraya əlavə
etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığının şahidi olduq.
Sırf yaşa görə orta aylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə
cari səylərin əsas hədəfidir.
Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev olan dinamik və davamlı
islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və
özünüməşğulluq proqramlarının tətbiqi yolu ilə rifahının yüksəldilməsinə
nail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaqdır. Bu strateji hədəflərinin reallaşdırılması üçün bu il ölkədə
daha 8 DOCT Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11min
ailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə
əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Millət vəkili Kamaləddin Qafarovun fikrincə, dünyanın əksər ölkələrini
bürümüş koronavirus təhlükəsi səbəbli neft gəlirlərinin azaldığı bir dönəmdə
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin islahatların
daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox
ibrətamizdir. Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara qarşı amansız mübariz anonsunu verməsi həm cəmiyyəti ümumi bəlaya qarşı
səfərbər edir, həm də hər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha
aydın şəkildə müəyyənləşdirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=144152

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31