Füzulidə Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylandı
Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin və müvafiq
inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən rayon
ərazisində və respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan şəhid
ailələrinə bayram sovqatları paylanılır, şəhid ailələrinin Novruz bayramları təbrik
edilir. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı
əsas götürülməklə ümumilikdə Füzuli rayonundan olan 700-dək şəhidin varisləri ilə
yerində görüşüləcək, onlara bayram sovqatları təqdim ediləcəkdir. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər. Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini
özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə
yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən
Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=144156