Şəmsəddin Xanbabayevin Vasif Talıbova inanılmaz sədaqəti

11-ci ildir icra başçısınız. Bu müddətdə prezident tərəfindən “Şərəf”
və “Şöhrət” ordenləri ilə təltif edilmisiniz. Belə görünür ki, ölkə
rəhbərliyinin sizə etimadı yüksəkdir. Bəs bu illər ərzində gördüyünüz
işlərdən özünüz razısınızmı?
gördüyümüz işlərdən həm razıyam, həm də razı deyiləm. Razıyam ona görə
ki, 10 il ərzində xeyli iş görmüşük. Rayonda üçmərtəbəli Tarix və
Diyarşünaslıq Muzeyi yaradılıb, idman kompleksi tikilib, cənab prezident
üçü Xaçmazda, biri də Xudatda olmaqla ən böyük 11 illik məktəb
tikdirib. Ümumilikdə rayon üzrə 36 məktəb tikilib. 2 uşaq bağçası, 11
muzey tikilib, 7 park və 4 körpü salınıb. Açıq səma altında Şəxsiyyətlər
Müzeyi salınıb. Ən əsası rayonlarda
qazlaşdırma prosesi sürətlə davam etdirilir. Artıq rayon üzrə
qazlaşdırmanın 60 faizi həyata keçirilib. Kənd yolları salınıb və bu
işlər də davam etdirilir.
Siz də məlumatlısınız ki, son zamanlar ölkədən Suriyaya döyüşməyə
gedənlər var. Mətbuatın da yazdığı kimi, radikal dini təriqətlərə
qoşularaq ölkəni tərk edənlər arasında şimal bölgəsindən olanlar
üstünlük təşkil edir. Rayonda bu cür halların qarşısının alınması üçün
hansı işlər görülür? Bu hadisələri başçılıq etdiyiniz rayon üçün təhlükə
hesab edirsinizmi?
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanılının da
iştirakı ilə rayonumuzda üç dəfə geniş tərkibli müşavirə keçirilib.
Ciddi müzakirələr aparılıb. Ümumi rayon üzrə 500 nəfər vəhhabi
təriqətinə qoşulub. Lakin onlardan 3-4 nəfəri daha radikaldır. Sizə
deyim ki, bu cür halların rayonumuz üçün, ümumiyyətlə, ölkəmiz üçün heç
bir təhlükəsi ola bilməz. Çünki hüquq-mühafizə və müvafiq dövlət
orqanları bu məsələni ciddi nəzarətdə saxlayır, bütün lazımi tədbirlər
görülür. Ümumiyyətlə, gənclərin, bu cür radikal təriqətlərə meylli
olanların maarifləndirilməsi istiqamətində də işlər görülür.
Bəzən mətbuatdan izləyirik ki, bu cür radikal təriqətlərə qoşulan
şəxslərin valideynləri onların geri qaytarılması üçün dövlətdən kömək
istəyir, icra hakimiyyətlərinə, müvafiq qurumlara müraciət edir. Sizə bu
cür müraciətlər edilibmi?
hallarla rastlaşmamışam. Rayonumuzdan bu cür təriqətlərə qoşularaq
ölkəni tərk edənlər çox azdır. Son zamanlar bu cür hadisələrdən biri
Xudatda baş vermişdi. Səhv eləmirəmsə, bir nəfər radikal təşkilatlardan
birinə qoşularaq getmişdi.
təsərrüfatının inkişafı ilə bağlı hansı işlər görülür? Bəzi rayonlarda
təsərrüfatla məşğul olan sahibkarların, kəndlilərin onlar üçün heç bir
şəraitin yaradılmaması, problemlərin olması ilə bağlı şikayətlərini
eşidirik. Sizin rayonda da bu cür narazılıqlar varmı? Rusiyaya qoyulan
embarqodan sonra kənd təsərrüfatı mallarının qonşu ölkəyə ixracı artdı.
Bu hal rayonun kənd təsərrüfatına necə təsir etdi?
Bizim rayonda yerli camaatın, sahibkarların kənd təsərrüfatı ilə məşğul
olması üçün hər cür şərait yaradılır. Narazılıq və şikayətlər yoxdur.
Qeyd etdiyiniz kimi, Rusiyaya qarşı embarqoların başlamasından sonra
rayonumuzdan qonşu ölkəyə ixrac olunan məhsulun həcmi həddən artıq
çoxaldı. Bu, təsərrüfatla məşğul olanlara çox xeyir etdi. Kəndli,
sahibkar öz məhsulunu baha qiymətə sata bildi. Rusiyadan gəlib
rayonumuzdan, kəndlərimizdən məhsul alıb aparırdılar. Kəndli öz məhslunu
öz qapısında satırdı.
Xaçmaz rayonu üzrə 75 turizm obyekti tikilib. Hazırda bir çoxlarında
təmir işləri aparılır, yeni mövsümə hazırlıq görülür. Sahibkarlar üçün
istənilən şərait yaradılır. Nabranda xeyli istirahət mərkəzi var.
Qiymətləri də münasibdir. Rayonumuzdakı otellər digər bölgələrə baxanda
çox sərfəli qiymətə xidmət göstərir.
Kim nə istəyirsə, onu da yazsın. Biz nə iş görürüksə, hamısı göz
qabağındadır. Bəzən sonunu gözləmədən, araşdırmadan yazı yazırlar.
Babəkin heykəlini Xudatdan rayon mərkəzinə gətirdik. Yazdılar ki, icra
başçısı Babəkin heykəlini sökdürdü. Halbuki həmin heykəl hazırda rayon
mərkəzindədir. Bundan başqa, Koroğlunun, Xətainin, Cavanşirin də
heykəlləri rayon mərkəzindədir. Biz qəhrəmanlarımızın heykəlinin
rayonumuzun mərkəzində qoydurmuşuq. Bunu hər ölkədə eləmək mümkün deyil.
Çünki onların bu qədər qəhrəmanı yoxdur.
Rayonda gördüyünüz abadlıq-quruculuq işləri ilə bağlı fikirləşənlər olur
ki, siz burada “Naxçıvan modeli”ni tətbiq etmək istəyirsiniz. Yəqin ki,
doğulduğunuz şəhərə, Ordubada tez-tez gedirsiniz. Orada görülən işlərin
şahidi olursunuz, ona görə belə deyirlər…
Naxçıvanda çox gözəl işlər görülüb və görülür. Abadlıq və quruculuq
işləri çox sürətlə aparılır. Naxçıvanın ən ucqar kəndlərində belə bunu
görmək mümkündür. Mən imkan olduqca Naxçıvana, Ordubada gedirəm. Orada
görülən işləri görəndə çox sevinirəm. Ali Məclisin sədri Vasif Talıbov
Naxçıvanın inkişafı üçün həddən artıq çox iş görüb. Bunu yüksək
qiymətləndirmək lazımdır. Naxçıvanda uzun müddət işləmişəm. Ora bələdəm.
Əlbəttə. Mən Naxçıvana gedəndə Vasif Talıbovla mütləq görüşürəm.
Darıxanda da təyyarəyə minib gedib Vasif müəllimi görüb gəlirəm…
Məmur özünü niyə dartmalıdır? Sadə olmaq lazımdır, xalqın içində olmaq,
onların problemlərini şəxsən öz dillərindən dinləmək lazımdır. Şikayəti
birbaşa vətəndaşın özündən dinləyirəm. Allah verən nə varsa, bir tikə
yeməyimi elə kabinetimdə yeyir, sonra rayonda, kəndlərdə oluram. Mən
rayonun bütün kəndlərinə gedirəm, çayxanaların hamısında otururam,
camaatla söhbətləşirəm. Bizim işimiz xalqın, vətəndaşın problemi ilə
maraqlanmaq və onları həll etməkdir. Cənab prezident bizi buna görə bu
vəzifəyə təyin edib…
Short URL: http://www.cumhuriyyet.net/?p=14422