Böyük bahalaşma başlayır

11.12.2014 - 10:58

Xaricdən gətirilən duru yağlar qeybə çəkilib, yerli malların qiymətində isə ciddi artım var

İlin sonlarında ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnoz
özünü doğrultdu. Belə ki, ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq
dərəcədə bahalaşma qeydə alınıb. Yumurtanın qiymətində 4-5 qəpiklik
artımdan sonra xaricdən idxal olunan bir sıra ərzaq məhsullarının da
qiyməti qalxıb. Xüsusilə də Türkiyə istehsalı olan duru yağların,
həmçinin Ukraynada istehsal edilən süd məhsullarının ölkəyə
gətirilməsində də problemlər yaranıb. Satıcılar bu məhsulların “yoxa
çıxmasının” səbəbini dəqiq bilməsələr də, bunu daxili istehsalçıları
himayə edən məmur-oliqarxların inhisar siyasətinin əlaməti kimi izah
edirlər.

Maraqlısı odur ki, xaricdən gətirilən duru yağların sıxışdırılması
fonunda yerli malların qiymətində ciddi şəkildə artım qeydə
alınmaqdadır. Çörəkdən istifadəyə görə öncül yerlərdən birini tutan
Azərbaycan əhalisini narahat edən digər xəbər isə unun qiymətində ciddi
artımın müşahidə olunmasıdır.
1UN

Bu
sahədə fəaliyyət göstərən iş adamları tərəfindən musavat.com-a verilən
məlumata görə, son günlər topdansatış mərkəzlərində bir kisə 50 kq-lıq
unun qiyməti 17,40 AZN-dən 18,80 AZN-ə qalxıb.
Məlumatlara görə, Azərbaycan ərzaq buğdasının 45-50 faizini Rusiyadan
idxal edir, habelə un alır. Rusiya isə bir müddətdir ki, bir sıra
ölkələrdən ərzaq və kənd təsərrüfatı məhsullarının idxalına qadağa
qoyub. İndi Rusiya istehsal etdiyi taxıldan qüvvəli yem kimi istifadə
edərək sanksiyaların təsirini azaltmaq üçün heyvandarlığı inkişaf
etdirməyə çalışır. Bu məqsədlə Rusiya taxıl məhsullarının
ixracını tam dayandıra da bilər. Ərzaq buğdası ilə yanaşı Azərbaycan
Rusiyadan süd və süd məhsulları, ət və ət məhsulları da idxal edir.
Sözsüz ki, embarqo nəticəsində yaranmış vəziyyət Rusiyada həmin
məhsulların qiymətlərini bahalaşdırıb.

Belə olan halda, Azərbaycana ərzaq buğdasının idxalının həcmini
azaldacağı və bunun nəticəsində unun qiymətinin artacağı gözlənilən idi.
Rusiya buğda ixracını tam dayandırsa, Azərbaycan hökuməti ölkəyə
təxminən 1 milyon ton buğda idxal etmək üçün yeni bazar axtarmalıdır. Bu
məsələ problemli ola bilər. Belə ki, Qazaxıstan son illər buğda
sahələrini yem bitkilərinin xeyrinə azaltmaqla taxıl istehsalını
azaldıb. Azərbaycanın taxıl istehsalı isə qeyr-rəsmi məlumatlara görə,
bu il 600 min ton azalıb.

Bu il Azərbaycanda və digər ölkələrdə hökm sürən quraqlıq
taxıl sahələrinə müəyyən qədər ziyan vurub. Bununla da Azərbaycanda
taxıl istehsalı aşağı düşüb. Dünya bazarında da buğdanın qiymətində
sabitlik mövcud deyil. Son zamanlar dünya birjasında ərzaq buğdasının
qiyməti təxminən 5 faizə qədər artıb. Bu da o deməkdir ki, Azərbaycan
hökuməti xaricdən ucuz taxıl ala bilmədiyindən daxili bazarda qiymətləri
tənzimləyə bilməyəcək. Unun qiymətin bahalaşması ilə həmişə olduğu
kimi, ya çörəyin çəkisi azalacaq, ya da qiyməti qalxacaq.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14426

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930