Bakıda vəhhabilər lombardları ələ keçirir

11.12.2014 - 11:16

Bakıda vəhhabilər lombardlara sahiblənməyə başlayıblar. Özəl qaynaqdan daxil olan
məlumatlarda vəhhabilərin Səudiyyə Ərəbistanından ölkəmizə qızıl-zinət
əşyalarının gətirilməsi və satışının təşkilində xüsusi rolu olduğu iddia
edilir. Vəhhabilər artıq ticarətin bu bazarına da yiyələnməyə,
lombardlarda inhisarçı olmağa səy göstərirlər.

Mənbənin iddialarına görə, Bakıda vəhhabilər arasında geniş yayılmış
yeni ənənə mövcuddur. Onlar özlərini ələ verməmək, qeyri-ənənəvi təriqət
üzvü olduqlarını gözə soxmamaq üçün balağı qısa şalvar geyinməkdən,
uzun saqqal saxlamaqdan yayınırlar.

Hətta vəhhabilərin maliyyə fondları və icmaları bəzi üzvlərinə bu
imtiyazları yaradıb. İcma rəhbərləri bu addımla ticarətin genişlənməsi
fonunda onların maliyyə mənbələri üzərində ciddi təftiş aparılmamasını
hədəfləyirlər.

Qaynağımız qeyd edir ki, bəzi hallarda hüquq-mühafizə orqanları
lombardlarda fəaliyyət göstərən vəhhabiləri saxlayıb, onların ifadəsi
alınıb. Lakin bu şəbəkənin qolları artmaqdadır və səhih faktların üstünə
çıxmaq hələlik mümkün olmayıb.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri
Mübariz Qurbanlı radikal dini təriqət üzvlərinin maddi bazalarının məhv
ediləcəyini açıqlamışdı.(axar.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=14428

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031