Oğru dünyasının gizlinləri
Hansı
səbəbdəndirsə, “oğru qanunları” və ümumiyyətlə kriminal avtoritetlər
daim cəmiyyətin diqqət mərkəzində olub. Həm sovet dönəmlərində, həm də
indi “qanuni oğru”larla bağlı yayılan hər hansı bir xəbər sadə
vətəndaşlar tərəfin maraqla qarşılanıb.
Lakin onların arasında ən tanınmışı Bəhram Çələbidir. “Qanuni oğru”lar
haqda bir neçə
“Diktator Ağakərim”dir. 1996-cı ildən etibarən kriminal mövzularla
məqalələr hazırlayan müəllifin “Zolotoy mujik”, “Lotu Bəxtiyar”, “Dağlı
Cavanşir”, “Lotular, cayıllar və…”, “Sabirabadlı Hikmət”, “TT Nəriman”,
“Zina Paasajskaya”, “Rusiya mafiyasının liderləri” kimi əsərləri işıq
üzü görüb. Bəhram Çələbinin “Lotu Söhbət”, “Karzubi Vaqif”, “Novxanılı
Əliqardaş”, “Krasavçik Ağakərimin məhbəs xatirələri”, “Doktor Ağoppa”,
“Dağlı Musa”, “Dağlı Muğbil”, “Olim Kirovabadskiy”, “Zver Ələkbər”,
“Malışka Səfurə”, “Çolaq Böyükağa”, “Qızıldaş Mamed”in məhbəs gündəliyi”
və digər əsərləri isə əlyazma halında qalmaqdadır. Qeyd etdiyimiz kimi, Bəhram Çələbi “oğru qanun”larından, kriminal
aləmin sayılıb-seçilən şəxsləri barəsində kifayət qədər məlumatlı
olduğundan məhz bu mövzuda onunla söhbətləşmək qərarına gəldik.
üçün “qanuni oğru”lar peyda oldu. İlk dəfə “qanuni oğru”lar 1650-ci
illərdə Fransada, daha sonra isə ikinci Yekaterinanın dövründə Çar
Rusiyasında yaranmağa başladı. Onu da qeyd edim ki, Rusiyada oğru aləmi
ilk dəfə məhz fransızlar tərəfindən Arxangelskdə yaradılıb. Məhbəsin
rəisləri, rəhbər şəxsləri dustaqlara lazımınca baxmadıqları üçün “qanuni
oğru”ların formalaşdırılması zərurəti ortaya çıxdı. Beləcə, 17-ci əsrin
ortalarından etibarən kriminal aləmdə “oğru qanunları” öz sözünü deməyə
başladı. Bundan sonra dustaqların vəziyyəti bir qədər yaxşılaşdı. Çünki
“qanuni oğru”lar müxtəlif vasitələrlə dustaqlara yardım edir, eləcə də
qazamatın rəhbərliyi ilə razılığa gəlib məhbusların müəyyən işlərə cəlb
olunmasına şərait yaradırdılar. O zamanlar bu, hər iki tərəfin
maraqlarına cavab verirdi. “Oğru dünyası”nın yüksəliş dövrü Stalinin zamanına təsadüf edir. Belə
ki, 1920-22-ci illərdən başlayaraq Stalin dustaqları məhv etmək üçün
onları əzablı işlərdə çalışdırmaq barədə qərar verir. Məsələn, Stalin
əslən Türkiyədən olan yəhudi Naftaliy Aronoviç Frenkeli özünə köməkçi
təyin edir və ona Volqa-Don kanalını çəkməyi tapşırır. Bu zaman kanalın
tikintisi zamanı az qala on milyona yaxın dustağın əməyindən istifadə
olunub. Bundan sonra ona Leninqrad (indiki Sank-Peterburq) tərəfdə daha
bir kanal çəkmək tapşırılıb. Və bu zaman da məhbusları gecə-gündüz ağır
şəraitdə işlədiblər. Hər iki kanal tikilib başa çatdıqda 2 milyona yaxın
dustaq məhv olmuşdu. Onu da deyim ki, Stalinin göstərişi ilə kanalların
tikintisi zamanı məhbusların üstündə briqadir kimi “qanuni oğru”lar
təyin olunurdu. Bu da öz təsirini göstərdi.
oğru” adını daşıya biləcəyini elan edən şəxsi yoxladıqdan sonra ona bu
adı verirdilər. O zamanlar Leninqradda “Qarbatıy Yuriy” ləqəbli “qanuni
oğru” Alekseyev Yuriy Vasilyeviç olub. O bildirib ki, həmin dövrdə 15
min dustağın arasında təxminən, 1500 “qanuni oğru” olub. Yəni kim özünün
“qanuni oğru” olduğunu elan edirdisə, müəyyən mərhələdən sonra ona bu
ad verilirdi. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladıqda əsgərliyə
gedən, Vətənin keşiyini çəkən “qanuni oğru”lara “polskiye vorı” adını
qoydular. Digərləri onları “oğru”dan dönmüş “oğru” adlandırırdılar.
Beləliklə, əsl “qanuni oğrular” – “zakonnik”lər onları öz sıralarına
qəbul etmədilər. Nəticədə, onlar arasında böyük müharibə başladı.
Vəziyyət o həddə çatmışdı ki, onlar bir-birini gördüyü yerdəcə qətlə
yetirirdilər. Qeyd edim ki, əsl “qanuni oğru”lar özlərini “nepmanskiye
vorı” adlandırırdılar. “Qarbatıy Yuriy” deyir ki, Saxalində ümumi sayı
1500 nəfər olan “qanuni oğru” bir-birinə qarşı vuruşub və təxminən, 800
nəfərə yaxın insan qırılıb. Ümumiyyətlə, “nepmanskiye vorı” ilə
“polskiye vorı” arasında daim gərgin mübarizə gedib. Onların bir-birini
görməyə gözü olmayıb. 1961-ci ildə belə bir qayda-qanun çıxdı ki, Zaqafqaziya “oğru”ları
ailə ilə sıx bağlı olduğundan, onlara evlənmək üçün icazə verilsin.
Həmin dövrə kimi “qanuni oğrulara” ailə qurmaq qəti qadağan idi.
– Bəhram müəllim, bəzi bilgilərə görə, bu qərar 1998-ci ildə keçirilmış “oğru”ların geniş “referendum”unda qəbul olunub…
– Yox, bu dəqiq tarixdir. Hətta “Sanka Zver” ləqəbli “qanuni oğru”
məhz 1961-ci ildə elan edib ki, mən daha “vor zakon” deyiləm. O, bunu
oradan çıxmaq üçün yalandan edib. Eləcə də “Novxanılı Əhməd”, “Doktor
Ağoppa” və digərləri “qanuni oğru”ların ideyalarını qəbul etdiklərini
bildirməklə yanaşı, ailə quracaqlarını bəyan ediblər. Onlar icazə
aldıqdan sonra evləniblər. Sonradan “Sanka Zver” 1970-ci ildə özünə toy
edib. O vaxta kimi isə onların evlənməyə ixtiyarı yox idi. Çünki ailə
qurduqdan sonra “qanuni oğru”lar dustaqlara yox, ailələrinə xidmət
edəcəkdilər. Bu səbəbdən də əvvəllər buna icazə verilmirdi.
– “Qanuni oğru”ların “sxodka”ları əsasən hansı zərurətdən çağırılır?
– Əslində, “sxodka”ya bir növ qurultay adı da vermək olar. İndiyədək
“oğru”ların ən yadda qalan “sxodka”ları Soçidə və Novqorodda baş tutub.
İndiyədək bir dəfə ən böyük “sxodka” təşkil olunub və ora bütün sovet
ölkələrindən, hətta xaricdən belə “oğru”lar gəliblər. Bu cür iclaslarda
“qanuni oğru”lar bir sıra mühüm məsələləri, öz çatışmazlıqlarını,
hansısa problemləri yoluna qoymağa, öz ideyalarını yeritməyə çalışırlar.
– “Obşak” həm də “vorovskaya kassa” adı ilə tanınır. Yəni bunu bir növ qarşılıqlı yardımlaşma kimi də qəbul etmək olarmı?
– “Obşak” kriminal aləmdə tez-tez istifadə olunan jarqonlardandır.
İki cür həbsxana var: onlardan birinə “qırmızı”, digərinə isə “qara”
deyirlər. “Qırmızı türmə”də rəhbər şəxslər, dövlət adamları, polis və
prokurorluq, bir sözlə dövlət adamları və onlara işləyən dustaqlar
olurlar. “Qırmızı zon”da “obşak” olmur. Lakin “qara zon”da mütləq
“obşak” olmalıdır. Həm bizdə, həm də postsovet ölkələrinin
əksəriyyətində həbsxanalarda vəziyyət o qədər də ürəkaçan deyil. Bu
səbəbdən də “obşak” məhbusların bəzi problemlərinin yoluna qoyulmasına
yardım edir. Dustaqlara çay, siqaret, dava-dərman, hətta pul belə
“obşak”dan verilir.
– Son dövrlər bəzi “qanuni oğru”lar iş adamlarından,
biznesmenlərdən bir o qədər də fərqlənmir. Sizcə, “qanuni oğru”ların
həyat tərzi necə olmalıdır?
– “Nepmanskiye vorı” ömürlərinin sonunadək evlənməyiblər. Onların
qaydalarına görə, “qanuni oğru” türmədən çıxdıqdan sonra uzağı 6 ay
çöldə qala bilər. Bu müddət tamam olduqda onlar yenidən oğurluq edib
həbsxanaya düşməlidir. O zaman kriminal aləmdə belə bir deyim vardı ki,
əsl “oğru”nun yeri türmədə olmalıdır. Əvvəllər “qanuni oğru”nun heç nəyi
olmayıb. O, ideya adamı olduğundan sadə həyat tərzi keçirib,
qazandığının böyük bir hissəsini məhbuslara xərcləyib. İndi isə demək
olar ki, əsl “qanuni oğru” yoxdur. Məsələn, “Lotu Hikmət”i götürək. O,
əvvəllər əsl “oğru” kimi yaşayıb. Lakin sonradan “kommersiya”ya qoşulub.
Düzdür, o, həbsxanalara “qrev” göndərsə də, özünün bank hesabı,
bazarları olub. Bundan başqa, Moskvanın “obşak”ına baxan “Paşa Çirul”
ləqəbli “qanuni oğru” özünə 3 milyon dollarlıq malikanə tikdirib.
“Yaponçik”in oğulluğu olan “Kalina”nın hələ sovet illərində özünün
mehmanxanası vardı. İndi də belələri var. Halbuki “qanuni oğru”nun
biznes fəaliyyəti ilə məşğul olması, digərlərindən fərqli həyat tərzi
keçirməsi yolverilməzdir. Lakin bəzi hallarda buna riayət olunmur.
– Bəhram bəy, sizcə “Rövşən Lənkəranski” (Rövşən Canıyev) və
“Lotu Quli” (Nadir Səlifov) arasında artıq bir müddətdir ki davam edən
mübarizənin kökündə duran əsas səbəb nədir?
– Təbii ki, onların ideyası eynidir. Burada söhbət maliyyədən, “sfera
vliyaniya”dan gedir. Yəni nüfuz dairəsi uğrunda mübarizə gedir.
Məsələn, əvvəllər “Ded Xasan”la “Rudik Bakinski” arasında ciddi konflikt
vardı. Əslində “Rudik” “Ded Xasan”dan tanınmış “oğru” olub. O, bütün
SSRİ-də ən böyük “oğru”lardan sayılırdı. Çünki “Rudik” qazancının
təxminən, 90 faizini “obşak”lara verirdi, həbsxanalara “qrev”
göndərirdi. Onunla “Ded Xasan” arasındakı mübarizə də məhz nüfuz dairəsi
uğrunda gedirdi. Onlar arasında münasibətlər müharibə səviyyəsinə kimi
gəldi və nəticədə hər iki tərəfdən 150 nəfərə yaxın adam öldürüldü. Odur
ki, bugünkü mübarizə də elə nüfuz dairəsi uğrunda gedir.
– Mətbuatda belə bir məlumat gedib ki, “Lotu Quli”nin
adamları Moskvadakı “Matrosskaya tişina” istintaq təcridxanasında
“Zayka” ləqəbli kriminal avtoritet Zaur Əliyevə hücum edib və onun
hamilə həyat yoldaşını telefonla hədələyəndən sonra “Zayka” “sınıb”.
Necə düşünürsünüz, “oğru” adını daşıyan bir şəxs bu cür əmələ qol qoya
bilərmi?
– Belə şeyə yol vermək olmaz. Özünü əsl “qanuni oğru” hesab edən şəxs
heç vaxt ailəyə toxunmamalıdır. “Oğru qanun”larına görə, oğul ataya,
ata da oğula görə məsuliyyət daşımır. Məsələn, “qanuni oğru”nunu oğlu
polis də ola bilər. Əgər “Zayka” ilə bağlı deyilənlər, yazılanlar öz
təsdiqini taparsa, o zaman bununla bağlı “qanuni oğru”lar arasında qərar
çıxarılmalıdır. “Oğru qanun”larına əsasən onlar öz aralarında olan
məsələləri “sxodka”da həll etməli, əməllərinə görə cavab verməlidirlər.
– Gələk son sualımıza. Sizə elə gəlmir ki, son dövrlər “oğru qanun”ları bir kənarda qalıb və mafiyalaşma başlayıb?
– Yəqin ki, siz 1945-55-ci illər arasında olan hadisələri əhatə edən
və 1972-ci ildə çəkilmiş “Xaç atası” filminə baxmısınız. Həmin film 40
il öncə çəkilməsinə baxmayaraq, indiki bəzi “qanuni oğru”ların vəziyyəti
həmin o kinodakı vəziyyətlə eynidir. Artıq bir sıra “qanuni oğru”lar
mafiyalaşıblar.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14429