Masallı bazarı yanıb, yoxsa yandırılıb
8 dekabr 2014-ci ildə, səhər tezdən, 6-ya 5 dəqiqə işləmiş Masallı
şəhərinin Köhnə Bazar adlanan ərazidə bir neçə il əvvəl tikilmiş yeni
ticarət mərkəzində yanğın baş vermişdir. Yanğın nəticəsində 20-dən artıq
dükan yanmış, 10-a yaxın dükan ziyan çəkmişdir. Dükan sahiblərindən
Rauf adlı şəxsin bildirdiyinə görə, yanğın səhər saatlarında baş vermiş
və qısa müddətdə bütün ətrafı bürümüşdür. “Qısa qapanmaya deyilənlər
inandırıcı görünmür. Burada heç vaxt belə nasazlıq olmayıb. Olan
dükanlar var ki, içindəki elektrik malları oğurlanıb, sonra yanıb.
Burada video-kameralar da olub, lakin yanğın nəticəsində onlar da
sıradan çıxıb. Bu ətrafda bir neçə bazar var, hamısının da rəhbəri,
sahibi. Yanan dükanlar sırasında isə konkret rəhbər yox idi. Hər öz
dükanın sahibi idi. Elə insanlar, həm də əlil olan şəxslər var ki, 2
dükanı var idi. Şəxsən mənim 2 dükanım var idi və 100 min manatdan artıq
ziyana düşmüşəm.”
Maraqlı məqamlardan biri də odur ki, dükanların bütün sənədləri olsa da, sıqortası olan dükan yoxdur.
Short URL: http://www.cumhuriyyet.net/?p=14430