Eldar Əzizovun abadlığının bərbadlığı

11.12.2014 - 12:15

Sumqayıt icra hakimiyyəti sakinlərin hüquqlarını necə pozur?

Sumqayıt icra hakimiyyəti sakinlərin hüquqlarını necə pozur?
 
Sumqayıtda 36-cı məhəllənin sakinləri dincliklərinin olmamasından
şikayətçidirlər. Bu barədə cumhuriyyet.az-a yazan və konkret videomaterial
yollayan Sumqayıt sakinləri bildirir ki, onların binalarının üzlənməsi
işi neçə müddətdir ki, süni şəkildə uzadılır ki, bu da onların
rahatçılığını pozmaqdadır. Sakinlər
bildirirlər ki, bütün bunlar bir yana, fəhlələr qanunsuz
olaraq bazar günləri də işlədilir ki, bu da binada yaşayanların
istirahət hüquqlarının pozulması deməkdir: В«Fəhlələrin işçi hüquqlarının
pozulması bir yana, bizim də istirahət hüququmuz pozulurВ».

Sakinlər
bildirir ki, keçən bazar günü səhər saat 9 radələrindən binada qaynaq
işləri həyata keçiriblər: В«Bu işlər axşam saat 10-a qədər davam edir.
Belə də iş olar? Biz Sumqayıt şəhər icra hakimiyyətinə məlumat versək
də, xeyri olmayıb. İşin icraçısı isə bildirir ki, o, iş yubandığından
gecəli-gündüzlü, istirahət günlərində belə işləmək zorundadır. Əgər bu
belədirsə, o zaman bizim günahımız nədir?В»

Onu
da bildirək ki, göndərilən videomaterialdan sakinlərlə yanaşı,
işçilərin də hüquqlarının pozulduğu açıq-aşkar ortadadır. Heç bir
təhlükəsizlik tədbiri görülmədən çalışdırılan işçilər rəsmən Allahın
ümidinə buraxılıblar…

Short URL: http://www.cumhuriyyet.net/?p=14432

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728