Küçədə qadının maşınını atəşə tutan “kefikök” deputat oğlu…

11.12.2014 - 12:48

Bir neçə ay öncə deputat Ayaz Orucovun oğlunun içərisində iki
qadın olan avtomobilə tapançadan atəş açması haqda xəbər yayılmışdı. Xatırladaq ki, hadisə ötən il noyabr ayının 14-nə keçən gecə baş
verib. Deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu,
Azadlıq prospektində ağ rəngli, “Mercedes Gelandewagen” markalı, 10 BB
111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, 90 NX 685
nömrə nişanlı maşına 8 dəfə atəş açıb. 

Həmin vaxt “Nissan Juke”də iki qadın – sürücü Ramilə Süleymanova və
onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Deputat oğlu xanımları
güllə atəşinə tutmasının səbəbini sonradan “kefinin köklüyü” ilə izah
edib.

O vaxt mətbuat bu qalmaqaldan geniş yazmışdı və məlum olmuşdu ki,
deputatın kovboy oğlunun hədəfinə tuş gələn qadınlardan biri anlaşma
nəticəsində şikayətini geri götürüb. Aynurə Cəfərova adlı digər qadın
isə polisə şikayət edərək deputat oğlunun cəzalandırılmasını tələb
edirdi.

Bəs paytaxt küçələrində “Mercedes Gelandewagen”lə şütüyüb iki
qadını təqib edən və onları atəşə tutan deputat oğlu ilə bağlı hansı
tədbir görülüb? Bu qalmaqal ətrafında sonrakı hadisələr necə inkişaf edib?

Virtualaz.org saytı hüquq-mühafizə orqanlarının
sözügedən cinayət hadisəsini necə araşdırması ilə maraqlanıb və deputat
oğlunun bu əməlinə görə cəzalanıb-cəzalanmadığını dəqiqləşdirməyə
çalışıb.

Ancaq polis və prokurorluq orqanlarından aldığımız cavablar eyni oldu: “Bu məsələdən xəbərimiz yoxdur, heç nə bilmirik”.

Belə görünür ki, küçədə kovboyluq edən oliqarx-deputatın oğlu ilə əlaqəli qalmaqalı ört-basdır edilmiş hesab etmək olar.

Deputat Ayaz Orucov “Qaçqınkom”un tikinti idarəsinin rəhbəri olub,
ötən il qaçqın və məcburi köçkünlər üçün yaşayış binalarının
tikintisində yol verilən korrupsiyaya görə işdən çıxarılıb. Həmçinin
A.Orucovun çoxsaylı biznes aktivləri, mebel zavodu, sexləri, mağazaları,
şirkətləri var.

Short URL: http://www.cumhuriyyet.net/?p=14434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728