Deputatdan iranpərəst şiə liderinə təhqir: “…satqın, şərəfsizdirlər””
“Bu adamlar başqa ölkənin marağı üçün çalışan insanlardır və
vətənini satan bu şərəfsizlərlə hər zaman mübarizə aparıram. Onlara
qarşı hüquqi mübarizə aparacağıq, amma ilk olaraq bu şərəfsizlərə
deyirik ki, bura türk torpağıdır”. Bunu azvision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa
Azərbaycanda iranpərəst şiələrin simalarından olan Namiq Haşimzadənin
youtube-dakı videomüraciətində cavabında bildirib.
F.Mustafa vurğulayıb ki, onlar bütövlükdə Azərbaycanı satmağa hazır
olan zombiləşmiş şəxslərdir: “Diqqət edin, o, öz çıxışında “Azərbaycan
şiə toprağıdır” deyir. İran toprağıdır deyə bilmir, şiə torpağıdır
deyir. Namiq Həşimzadə də psixi pozuntusu olan və başqa ölkədən idarə
olunan adamdır. Biz torpaqlarımızı heç bir ölkənin marağına qurban
vermək fikrində deyilik. Vaxtilə ermənilər də Qarabağın Ermənistan
torpağı olduğunu deyəndə gülüb müşahidə edirdik, bir gün gəldi onu
reallaşdırdılar. Bu gün də özlərini dini inanc arxasında gizlədənlər
bunu təkrar etmək istəyir. Bu Azərbaycanın gələcəyinə təhdiddir”.
Millət vəkili hesab edir ki, Azərbaycanı şiə torpağı kimi təqdim edən
Namiq Həşimzadə və onunla həmfikir olanlarla bağlı lazımi tədbir
görülmür: “Nə hüquq-mühafizə, nə də təhülkəsizlik orqanları buna yetəri
qədər reaksiya vermirlər. Azərbaycan şiə torpağıdır deməklə onlar bu
ölkəni təhqir edir. Cəmiyyət özü də Azərbaycana qarşı belə təhqirə
münasibət göstərməlidir. Biz hər hansısa dini inancla yox, vətənini
satanlara qarşı mübarizə aparırıq. Minlərlə insan var ki, istər şiə
olsun, istər sünni vətənini heç vaxt satmaz. Amma zombiləşmiş insanlar
bunu din pərdəsi altında edər”.
Deputatın ictimaiyyət nümayəndələrinə müraciət edərək Azərbaycanı İran təhlükəsindən qorumağa çağırıb.
“Onların bizə qarşı aqressiv olması da təbiidir, çünki biz vətənimizi
onlara verən deyilik. Vətənimizi qorumalıyıq və bunu birinci ziyalılar
etməlidir. Hamı qınına çəkilib oturub. Özü başqa ölkədən idarə
olunduğunu etiraf edən adam sabah hansısa ayətullahın fətvası ilə
şəhərdə partlayış törətsə, onda nə edəcəksiz?” – deyə millət vəkili
bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=14435