Gəncədə icra başçısını döyüb xəstəxanalıq etdilər

11.12.2014 - 13:13

Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi
adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları
tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin
qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl
avtomobil yolunu bağlamağa cəhd göstərib. Lent.az-ın Daxili İşlər
Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, cəhdin qarşısı
alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və  orada olan
 rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət almış, habelə
Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri
sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına
yerləşdirilmişlər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə
isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət
Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14436

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728