Zakir Həsənovdan savaş mesajı

müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi
heyət və kadr bölmələrinin rəhbər zabit heyəti, hərbi hüquqşünaslar,
psixoloq kurslarının dinləyiciləri, həmçinin xüsusi təyinatlı təhsil
müəssisələrinin humanitar fənn kafedralarının müəllim və professor
heyəti ilə görüşüb.
mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müasir
dövlətçiliyimizin banisi və Silahlı Qüvvələrimizin yaradıcısı olan ulu
öndərimizin anım günü ərəfəsində keçirilən tədbirdə əvvəlcə ümummilli
lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan
şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
giriş sözü ilə açan müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi
Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev son vaxtlar
ordunun mənəvi-psixoloji, tərbiyə işinin yüksəldilməsi istiqamətində
dövlət və ordu rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlərin
vacibliyini qeyd edərək bu sahəyə göstərilən diqqətə görə müdafiə
nazirinə görüş iştirakçıları adından öz minnətdarlığını bildirib.
müdafiə naziri general-polkovnik Z.Həsənov geniş nitqlə çıxış edib. O,
görüşə toplaşan zabitləri salamlayaraq Azərbaycan Prezidenti, Ali Baş
Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və
qayğı nəticəsində Silahlı Qüvvələrimizin müasir inkişaf yoluna qədəm
qoyduğunu diqqətə çatdırıb.
hazırda bir çox bölgələrdə şəxsi heyətin sosial şəraitinin
yaxşılaşdırıması istiqamətində əsaslı tikinti və təmir işlərinin həyata
keçirildiyini, çoxsaylı müasir silah və texnika alındığını, hərbi
hissələrin məişət-təsərrüfat fəaliyyətinin yenidən qurulduğunu xüsusilə
vurğulayıb.
yüksək etimada cavab olaraq Silahlı Qüvvələrin şəxsi heyətinin üzərinə
böyük məsuliyyət düşdüyünü bildirən müdafiə naziri torpaqlarımızın 20
faizinin tezliklə işğaldan azad edilməsi naminə hər kəsin vəzifə borcunu
yerinə yetirmək üçün özündə məsuliyyət hiss etməsini bir daha qeyd
edib.
bərpa ediləcəyinə əminliyini ifadə edən general-polkovnik Z.Həsənov
şəxsi heyətin tərbiyə işini və mənəvi-psixoloji hazırlığını müasir
tələblər səviyyəsinə yüksəltmək üçün bu sahəyə cavabdeh olan zabitlərin,
həmçinin kadr bölmələri işçilərinin, hərbi hüquqşünasların və
psixoloqların qarşısında dayanan vəzifələrdən ətraflı danışıb, göstəriş
və tövsiyələrini nəzərə çatdırıb
Short URL: http://www.cumhuriyyet.net/?p=14439