Qazaxda müasir məktəbdə şagirdlər palto ilə otururlar
Qazax rayon Birinci Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə
palto və gödəkçələrdə otururlar. Musa Həsənov adını daşıyan bu məktəb
cəmi 4 il əvvəl istifadəyə verilib. Məsələ burasındadır ki, inşaat
zamanı kənddə qaz olmadığından məktəbə qaz xətti çəkilməyib. Hazırda
otaqlar duru yanacaqla isidilir. Ancaq heç də deyilənə görə, sinif
otaqları lazımı səviyyədə qızdırılmır. Qarşıdan soyuq aylar gəldiyindən
məktəbin müəllim və şagird heyəti vəziyyətdən çıxış yolu tapmaq üçün
yuxarı təşkilatlara məktub ünvanlayıblar. Ancaq cavab ala bilməyiblər.
Bu barədə əməkdaşımıza məktəbin müəllim və şagirdləri məlumat
veriblər. Onlar bildiriblər ki, Birinci Şıxlı kənd tam orta məktəbinin
önündən qaz xətti keçir. Amma layihə hazırlananda qaz-istilik sistemi
plana salınmayıb. Ona görə də sinif otaqları soyuq olur, şagirdlərin
dərsə davamiyyətində axsamalar baş verir.
Bununla belə direktor müavini Səməd Nəsibov bizimlə söhbətində məktəbin müasir tələblərə uyğun tikildiyini bildirdi:В«Bizim məktəb möhtərəm prezidentimizin sərəncamına əsəsən tikilib.
Açılışında da özü şəxsən iştirak edib. Biz bu məktəbin tələblərə uyğun
inşasından razıyıq. Dərslərimiz müasir elektron sistemdə keçilir. Bizim
əsas bir çətinliyimiz var ki, hal-hazırda qızdırıcı sistemi
quraşdırılmasına baxmayaraq, maye yanacaqdan istifadə edirik. Yarım
saata 50 litr duru yanacaq gedir. Əgər qaz-istilik sistemi quraşdırılsa,
bizim də işimiz yüngülləşər, şagirdlərin də dərslərə davamiyyəti
qaydasına düşərВ».Məktəbin 10-cu sinif şagirdi Kəmalə Məmmədova da bu vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşüb: В«Məktəbimiz maye yanacaqla təmin olunub. Bu da məktəbin tam
isidilməsində müəyyən çətinliklər yaradır. Məktəbin qarşısından qaz
xətti keçir. Düşünürük ki, bundan biz də yararlana bilərik. Biz xahiş
edirik ki, bizim məktəbə də qaz çəkilsinВ».
Məktəbin şagirdi Aysel Musayeva: В«Hər halda
soyuq olduğuna görə, В«kurtkaВ»da oturmuşam. Soyuq olmasa belə oturmazdıq
sinifdə. Yəni məktəb tam istilik sistemi ilə təmin olunmayıb. Ona görə
bu haldayıqВ». (Azadlıq radiosu)
Short URL: http://www.cumhuriyyet.net/?p=14440