Sabah bu yollar bağlanacaq

11.12.2014 - 16:27

Sabah səhər saatlarından ümumilli lider Heydər Əliyevin anım mərasimi
ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq. Bu haqda Bakı
şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin
rəisi Vaqif Əsədov açıqlamasında bildirib. Onun sözlərinə
görə, dekabrın 12-də Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə
Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün avtomobillərin
hərəkətinə məhdudiyyət qoyulacaq.

Vaqif Əsədov bildirib ki, ziyarətə gələnlərin təhlükəsizliyinin təmin
edilməsi, rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə
tədbir başlanandan qurtaranadək, yəni səhər saat 08:00-dan tədbir tam
başa çatana qədər Mehdi Hüseyn küçəsi 1 ünvanından, yəni Teleteatr
binası yanından və Mikayıl Müşviq küçəsinin Hüseyn Cavid prospekti ilə
kəsişməsindən, eyni zamanda Mikayıl Müşviq dairəsi və Mətbuat prospekti
kəsişməsindən bu istiqamətlərə avtomobillərin hərəkətinə məhdudiyyət
qoyulacaq, istiqamət dəyişdiriləcək.

“Ona görə də avtomobil sahibləri və sürücülərdən xahiş olunur ki,
Parlament prospekti və onunla kəsişən digər küçə və yollar üzrə hərəkət
etmək niyyətində olanlar əvvəlcədən planlaşdırılmış alternativ yollardan
istifadə etsinlər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=14444

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728