“Saxo Bank”dan şok proqnoz: Rusiya iflas ərəfəsindədir
Bu barədə Danimarka “Saxo Bank”ının hesabatında bildirilir.
Bank analitikləri hesab edir ki, iqtisadi böhran yaşayan Rusiya
1998-ci ildə olduğu kimi “hər şeyi ağ vərəqdən” başlamamalı olacaq.
Hesabatda bildirilir ki, Rusiyanın bəzi dövlət şirkətləri iflasa
uğramaq astanasındadır. Bundan başqa, danimarkalı bankirlərin
proqnozlarına görə, bu gedişlə Rusiya hökuməti defolt elan etmək
məcburiyyətində qalacaq.
“2015-ci ilin sonuna qədər Rusiya şirkətləri xarici öhdəliyə görə 134
mlrd. dollar ödəməlidir. Lakin həm özəl şirkətlər, həm də dövlət pul
çatışmazlığından ehtiyatlanır. Bu isə vəziyyəti bir qədər də
qəlizləşdirir”, – deyə hesabatda bildirilir.
Təbii ki, əsas səbəb kimi, bankirlərin bu cür pessimistik proqnozları
ABŞ və Avropa İttifaqının Ukrayna münaqişəsinə görə, Rusiyaya qarşı
tətbiq etdiyi sanksiyalarla bağlıdır. (APA)
Short URL: http://www.cumhuriyyet.net/?p=14446