Noyabrda mücahidlər 5042 nəfəri qətlə yetirilib

11.12.2014 - 17:20

Bu ilin noyabr ayında dünyada cihadçılar tərəfindən 5042 nəfər qətlə yetirilib.
“The Guardian”-in verdiyi məlumata görə, bu barədə  BBC World
Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.
 
Hesabatda
qeyd olunur ki, ən çox insanı “İslam dövləti” terrorçu qruplaşmasının
tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak
olub. Siyahıda “İslam dövləti”ndən sonra “Boko Haram” və “Taliban”
gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə
yetirilmiş insan var.  
 
Bildirilir ki, ən çox
insan İraqda qətlə yetirilib (1770). Ardınca Nigeriya (786) və Suriya
(693) gəlir. Cihadçılar daha çox dinc sakinləri (2079), hərbçiləri,
polisləri və məmurları (1952) hədəf seçiblər.
 
Öənlər arasında xeyli cihadçı da var (935).

Short URL: http://www.cumhuriyyet.net/?p=14452

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728