Bakıda 37 metrlik yolka
ANS TV-nin məlumatına görə, Yeni ilin gəlişinə 20 gün qalmasına
baxmayaraq artıq paytaxtda bayram ab havası yaşanır. Bayramın əsas
atributu olan yolkalar quraşdırılır, ağaclar rəngarəng işıqlarla
bəzədilir. Hər il olduğu kimi bu il də paytaxtın ən hündür şam ağacı
Azadlıq meydanının qarşısında ucaldılacaq. Ağacın hündürlüyü 37 metr
olacaq, yolkanın quraşıdırlması üçün artıq əraziyə qaldırıcı kranlar
gətirilib.
Bulvar ərazisində də yolkaların quraşdırılmsına başlanılıb. Parkın ən
iri şam ağacı Kukla teatrının arxasında olacaq. Ümumilikdə isə parkda 10
şam ağacının bəzədilməsi nəzərdə tutulub. Bulvar İdarəsinin rəis
müavini Nazim Məcidovun sözlərinə görə, hazırda yolkaların yanında
olacaq şaxta baba və qarqızların seçimi aparılır.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki,
bayram günlərində bütün əməkdaşlar güclənrilmiş iş rejimində
işləyəcəklər.
Yaxın 10 gün ərzində Bulvarın yeni hissəsində, o cümlədən Qız qalası,
Azneft meydanı ərazisində də şam ağaclarının bəzədilməsinə başlanılacaq.
Bu yarmarkada yeni il oyuncaqlarından tutmuş geyimlərə, ətriyyata,
suvenirlərə, qab –qacağa bir sözlə hər şeyə rast gəlmək mümkündür.
Qiymətlərsə münasibdir. Satıcılar məhsullara tələbatın xüsusilə axşam
saatlarında daha çox olduğunu deyirlər.
Yarmarkaya gələnlərin diqqətini daha çox cəlb edənsə yeni il
atributlarını özündə əks etdirən bu fincan və nəlbəkilər, duz
qablarıdır. S atıcıların sözlərinə görə, yeni illə əlaqədar bu fincan və
nələbəkilərə tələbat daha çoxdur .
Yarmarka xeyriyyə məqsədilə təşkil olunub. Burdan yığılan vəsait əsasən
uşaqlar, qocalar evinə bağışlanacaq. Yarmarka dekabrın 31-dək davam
edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14456