Suriyada daha bir jurnalist öldürüldü

11.12.2014 - 21:54

Suriyada daha bir jurnalist həlak olub.

Əl Cəzirə telekanalının müxbiri Məhran əl
Deeri Suriyada ordu qüvvələri ilə üsyançılar arasında gedən döyüşlər
haqda reportaj hazırlayarkən həlak olub.

“Məhran əl Deeri bir ildir ki, Əl Cəzirə telekanalında işləyirdi.
Peşəkarlığı ilə seçilirdi”, deyə telekanalın rəsmi internet səhifəsində
deyilir.

Deeri ölərkən öz avtomobilində olub. Onun yaxınlarının sözlərinə görə, o, gülləborandan gizlənmək üçün avtomobildə oturmuşdu.

Qeyd edək ki, 3 gün əvvəl burada Dubayın “Orient” telekanalının 3 əməkdaşı da ölmüşdü.

20011-ci ildən bu yana Suriyada 70 jurnalist həlak olub, 80-i isə
qaçırılıb. BMT-nin açıqlamasına görə, Suriyada münaqişə başlayandan bu
günə qədər 200 mindən artıq insan ölüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14460

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728