Yeni ilin ən bəyənilən hədiyyələri
Amma əgər sevdiklərinizin xasiyyətlərinə müəyyən qədər bələd olsanız,
onlar üçün hədiyyə seçmək də daha asan olar. Bundan başqa bəzi hədiyyələr var ki, onları bağışlamaqla siz
sevdiklərinizi həm sevindirir, həm də onlara nə dərəcədə dəyər
verdiyinizi göstərmiş olursunuz. Cumhuriyyet.az oxuculara ən faydalı və dəyərli hədiyyələrin siyahısını təqdim edir.
Şirniyyat / Şokolad
Şirniyyat və ya şokolada yox deyən insan çətin tapılar. Əgər siz də yeni
il bayramında qarşınızdakının ən sevdiyi şirniyyatları dəb-dəbəli bir
qutuda bağlama etdirib ona hədiyyə etsəniz, yəqin ki, onu da çox
sevindirmiş olarsınız.
Saat
Saat da alına biləcək ən gözəl hədiyyələrdən biridir. Gözəl və dəbli bir
saatı hamı bəyənər və sevərək istifadə edər. Hər saata baxdığında da
sizi xatırlamış olar.
Əl işləmələri üçün tikiş dəsti
Bu hədiyyə həm də çox lazımi və tez-tez istifadə olunandır. Bundan başqa
siz bu hədiyyəni verməklə qarşınızdakı şəxsin yaradıcılıq qabiliyyətinə
də inandığınızı sübut etmiş olarsınız.
Oyun/ Musiqi diskləri
Əgər sizin hədiyyə verəcəyiniz insan musiqi və ya video oyun həvəskarıdırsa, sizin işiniz çox asandır.
Foto albom
Sevdiyiniz şəxsin ən gözəl şəkillərindən ibarət bir foto albom onun üçün ən mənalı hədiyyələrdən biri ola bilər.
Üzərində maraqlı rəsmlər olan divar kağızları
Qaranlıqda parlayan neon rəngli yapışqanlı divar kağızları xüsusilə
gənclər üçün çox maraqlı hədiyyədir. Siz həmçinin sevdiyiniz şəxs üçün
demək istədiyiniz xoş sözlərin yazıldığı divar kağızlarını hədiyyə
etməklə hər gecə ona özünüzü xatırlada da bilərsiniz.
Fincan
Əgər siz maraqlı bir hədiyyə vermək istəyirsinizsə, o zaman qeyri-adi dizaynlı bir fincan sizin işinizi asanlaşdıra bilər.
Masa lampası
Əgər hədiyyə vermək istədiyiniz şəxs işləməyi xoşlayırsa, siz ona qeyri-adi dizaynlı bir masa lapması hədiyyə edə bilərsiniz.
Dekorativ məhsullar
Dekorativ məhsullar – suvenirlər də ən çox bəyənilən hədiyyələrdəndir.
Bu hədiyyə həm dekorativ məqsədlər üçün istifadə edilir, həm də hədiyyə
verdiyiniz şəxsə sizi xatırladır.
Kitab
Yəqin ki, çoxları razılaşar ki, kitab ən gözəl və dəyərli hədiyyədir.
Kitab oxumağı sevən birinə başqa bir hədiyyənin verilməsi, yəqin ki,
səhv olardı.
Short URL: http://www.cumhuriyyet.net/?p=14461