Şiələrin cihadı başlayır
İraqlı şiə lideri, Sadr hərəkatının lideri Seyid Müktəda əl-Sədr Samirə şəhərində “48 saatda cihada hazır olun” çağırışı edib. Bu barədə İraqın
nüfuzlu dini liderlərindən olan əs-Sədrın ofisindən yayılan yazılı
açıqlamada deyilir.
Hərəkat liderinin cihaddan məsul köməkçisi Əbu Dua İsavinin imzası
olan açıqlamada “Seyid Müktəda əs-Sədr müqəddəs Samirə şəhərində
terrorçular üzündən yaranan təhlükəli vəziyyəti nəzərə alaraq “Seraya El
İslam” üzvlərini 48 saat ərzində hazırlıqları tamamlayaraq cihad
təlimatını gözləməsini istəyib” deyilir.
Qeyd edək ki, İŞİD terror qruplaşması son günlərdə Samirə şəhərinin
yaxınlarında hücumlarını artıraraq ƏI-Mutasam mahalını ələ keçirib. İŞİD
şiələrin iki böyük imamının məzarı olduğu şəhər üçün böyük təhlükə
təşkil edir.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14463