“İnter”in oyunçusundan Qurban Qurbanova etiraf: top mənə dəymişdi…
təşəkkür edirəm. Sizə, azarkeşlərə təşəkkür edirəm. Onlara çox sağ ol
deyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın
baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov
Avropa Liqasının qrup mərhələsi çərçivəsində “İnter”ə qarşı keçirilən
görüşdən sonra bu fikirləri səsləndirib: “Çox istəyirdik ki, mərhələ
adlayaq. Amma bu nəticə məğlubiyyətə bərabər oldu. Futbolçulara təşəkkür
edirəm. Təəssüf ki, Vüqar Nadirov zədələndi. Bəlkə də bizim üçün böyük
zərbə oldu. Taleyimizlə barışmalıyıq. Amma bizim üçün təcrübə oldu.
Gələcəkdə qrupda oynasaq, futbolçular başa düşərlər ki, böyük klublara
qarşı da oynamaq olar. Əfsuslar olsun ki, azarkeşlər məyus getdilər.
Qismətimizdə yox imiş”.
Əvvəlcədən bilirdik ki, maraqlı qrupa düşmüşük. Futbolçuları sınamaq
baxımından maraqlı oldu. Futbolçulara həmişə deyirəm ki, hər bir nəticə
ola bilər. Zəif rəqib də güclü komandanı məğlub edə bilər. Düşündüklərim
də, özünü doğrultdu. Bir daha deyirəm, böyük təcrübə oldu. Hər bir
rəqibə qarşı düzgün oyun oynasaq, qələbə qazanmaq olar.
İki rakursdan baxdıq epizoda. Təmiz qol idi. Heçç ofsayddan söhbət
getmir. Ansi vurduqdan sonra top Riçarda dəydi, amma həmin epizodda
ofsayd yox idi. O anda hakimin ofsayd qeydə alması böyük risk idi. Artıq
nə demək olar ki?
Siz bilməzsiz ki, mən hər oyundan əvvəl və gedişində hansı hissləri
keçirirəm. Buna görə də nəsə demək istəmirəm. Desəm ki, hansısa oyunu
yenidən keçirək. Qorxuram ki, ondan da pis olar.
Normal. Rəqibin oyunçusu matçdan sonra yaxınlaşıb mənə dedi ki, top
mənə dəymişdi. Həmin anda desəydi, bəlkə də qolu qeydə alardı.
Short URL: http://www.cumhuriyyet.net/?p=14466