Gəncə Dövlət Universitetinin Mətbuat Xidmətinin məlumatı

31.03.2020 - 22:33

Bəzi kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universiteti və onun rəhbərliyi  ilə  bağlı böhtan xarakterli məlumatlar dərc edilmişdir.

Bununla bağlı tam məsuliyyətlə qeyd edirik  ki, Gəncə  Dövlət  Universiteti  haqqında yayımlanan  qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır, reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara  dərc  olunmaq  ücün saxta  profillərdən  göndərilən, heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar  kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır.

Hazırda  bütün  dünyada  yayılmış koronavirus pandemiyasının Azərbaycanda  qarşısının  alınması  üçün  böyük  qabaqlayıcı tədbirlər görülür. Yeni  növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün  möhtərəm  Prezident  tərəfindən  görülən tədbirləri  vaxtında atılan addımlar kimi qiymətləndiririk. İnanırıq  ki, izolyasiya  tədbirləri, müvafiq qadağalar, həssas qruplardan olan insanlara, xüsusən yaşlı nəslə qayğı qısa müddətdə xəstəliyin qarşısını almağa kömək edəcək, ölkəmizi epidemiyadan qoruyacaq.

Bildirmək istəyirtik  ki,bu  günlərdə  Gəncə Dövlət Universitetində  internet üzərindən Elmi Şura keçirilmişdir. Şuranın qərarı ilə cənab Prezident tərəfindən  yaradılmış  “Koronovirusla Mübarizəyə Dəstək Fondu” na  universitetin büdcəsindən  30000 (otuz min)  manat vəsait köçürülmüşdür. Bundan başqa universitetin rektoru Yusif  Yusibov  bir  aylıq  əmək haqqını, kafedra müdiri  Vaqif  Novruzov 1000 (min) manat, prorektorlar və fakültə dekanları aylıq əmək haqqının 50 faizini bu  fonda köçürmüşlər.

Əsl reallıq bundan ibarətdir,bir daha bildirmək istəyirik ki,saxta profillərdən dərc olunmaq üçün göndərilən yazılar həqiqəti əks etdirmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144667

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930