Nazirlərin bölgə görüşlərində pul söhbəti

12.12.2014 - 00:21

2013-cü ildən başlayaraq əyalət insanları üzlərini televiziyada
gördükləri nazirləri yaşadıqları bölgədə birbaşa görmək, onlara öz
sözlərini demək imkanı qazanıb. Hər ayın sonunda mərkəzi icra
hakimiyyəti orqanları rəhbərlərinin növbəti ayda bölgələrdə
keçirəcəkləri vətəndaş qəbulunun cədvəli dərc olunur. Kiçik istisnalarla
bu cədvələ dəqiq əməl edilir.

Maraqlıdır, vətəndaşlar hansı nazirin qəbuluna düşməyə can atır,
onlar daha çox nədən şikayətlənir, yaxud hansı problemlərinin həllinə
kömək istəyirlər?
Qəbulların təşkilində “Açıq qapı” prinsipi gözlənilirmi, vətəndaşın istəkləri təmin olunurmu?Bu yazıda son bir neçə qəbul üzrə müşahidələrimizdən danışacağıq.

QƏBULA GƏLƏNLƏRİN QARŞISI “POLİS KORDONU” İLƏ KƏSİLİR
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun İmişlidə polis nəzarəti altında keçirdiyi qəbuldan reportaj təqdim etmişdik.

Bir gün sonra – noyabrın 28-də nəqliyyat naziri Ziya Məmmədovun
Saatlıda keçirdiyi qəbula isə polis əməkdaşları ilə yanaşı, xeyli sayda
mülki geyimli “asayiş keçikçisi” cəlb edilmişdi. Gənc və idmançı cüssəli
bu şəxslər vətəndaşlara güc tətbiqindən belə çəkinmirdilər.

Adının açıqlanmasını istəməyən Saatlı sa

kini deyir ki, qəbula
buraxılmasını israrla tələb etdiyinə görə “polisin qanuni tələbinə əməl
etməmə” ittahamı ilə saxlanılıb və rayon polis idarəsinə aparılıb.
Burada isə ona bildirilib ki, toyuq oğurluğu ilə bağlı şikayət edən
qonşusu ondan şübhələnir…

CANLI İNSAN “EKSPONATLARI” SAXLANILAN MUZEY

Ziya Məmmədovun qəbuluna düşmək istəyənlərin bəziləri beləcə bu
“polis kordonu”nu yarıb keçməyə müvəffəq olmadılar. Dirəniş göstərən 150
nəfərədək şəxs nazirin rayonda olduğu müddətdə Tarix-Diyarşünaslıq
Muzeyi və Rəsm Qalereyasının yerləşdiyi binada saxlandı.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin Saatlıdakı qəbulları
“Gənclər Mərkəzi”ndə keçirildiyindən, onun yaxınlığındakı bu
muzey-qalereya binası son vaxtlar “müvəqqəti saxlanılma təcridxanası”na
çevrilib. Dekabrın 8-də təhsil naziri Mikayıl Cabbarovun qəbuluna
düşməyə can atan “arzuolunmaz” şəxslər də bir neçə saat
burada gizlədilmişdi.

Ziya Məmmədovun görüşünə Bakı şəhərindən gələn əlil Qabil Quliyev
deyir ki, o, buna qədər də nazirin müxtəlif bölgələrdə keçirdiyi
qəbullarda olub:

“Ona müalicəmlə bağlı müraciət etmək istəyirəm. Bundan əvvəl də
qəbulunda olmuşam, dava-dərman almağıma yardım edib. İndi yenə də
ehtiyacım var. Sağ olsun, köməklik edən insandır. Hər dəfə 100, 200
manat verir.”

“YARDIM İSTƏYƏNLƏR 50 MANATA QANE OLMUR”

Dekabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin
Sabirabad şəhərindəki “Heydər Əliyev Mərkəzi”ndə keçirdiyi qəbula
adlarını əvvəlcədən qeyd etdirmiş, əsasən nazirliyin tabeliyində olan
müəssisələrin əməkdaşı olan 17 nəfər buraxıldı. Həmin vaxt 100 nəfərdən
çox adam yaxınlıqda yerləşən “Gənclər Mərkəzi”ndə saxlanırdı.

Qəbulu təşkil edən nazirlik rəsmiləri açıqca etiraf edirdi ki, bu
adamlar konkret olaraq pul istəyir, təklif olunan 50 manata da qane
olmurlar.

Azər Əli

Short URL: http://www.cumhuriyyet.net/?p=14467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930