Füzuli rayonda yaşlı insanlara və aztəminatlı ailələrə yardım aksiyası keçirilir

01.04.2020 - 09:59

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə
Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial
izolyasiya işləri davam etdirilir. Sözsüz ki, karantin rejimi zamanı ən çox əziyyət çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı ailələrdir. Füzuli rayon icra Hakimiyyətinin təşəbbüsü ilə mütəmadi olaraq xüsusi karantin rejiminin qaydalarına uyğun olmaqla çölə çıxa bilməyən, tənha yaşayan
insanlara, eləcə də aztəminatlı ailələrə yardım aksiyası keçirilir.
Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları və yerli könüllülər rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan 50 ailəyə (tənha, yaşı 65-dən yuxarı olan, o cümlədən aztəminatlı və imtiyazlı) baş çəkərək onlara ərzaq yardımları paylayıblar.
Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan insanlar göstərilən diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.
Füzuli rayon icra Hakimiyyətinin əməkdaşları həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin
onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=144674

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31