Fidel Kastro “Nobel” mükafatı aldı
Kubanın keçmiş lideri Fidel Kastroya “Çinin Nobeli” hesab olunan “Konfutsi” mükafatı verilib. “Konfutsi” Mükafatı Komitəsi
mükafatın “nüvə müharibəsinə qarşı xidmətləri”inə görə veridlyini
bildirib.
“Fidel Kastro təqaüdə çıxdıqdan sonra aktiv olaraq dünyanın hər
yerindəki liderlər və qruplarla görüşərək nüvə savaşının aradan
qaldırılmasında əhəmiyyətli xidmət göstərib”, – komitənin açıqlamasında
deyilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pn Gi Mun və Cənubi
Koreya prezidenti Park Geun-Hye də mükafata namizədlər arasında idi.(publika.az)
Short URL: http://www.cumhuriyyet.net/?p=14469