DƏYİŞƏN, DÖYÜŞƏN VƏ GÖZƏLLƏŞƏN FÜZULİ

tarixinin ən yüksək mərhələsini yaşayır, sabaha daha böyük arzularla gedir, bu
rayonda İnkişafın, çiçəklənmənin, müasirləşmənin
tarixi yazılır
Respublikasının sosial-iqtisadi yüksəlişi, xüsusilə də Azərbaycan
Respublikasının prezidenti İlham Əliyev cənablarının yüksələn xətt üzrə davam
edən daxili siyasəti bütün ölkəboyu öz müsbət nəticələrini verməkdədir. Elə bu
səbəbdəndir ki, indi insanlar tək paytaxtda deyil, hətta əyalətlərdə belə böyük
quruculuq işlərinin şahidi olurlar. Düzdür, elə əvvəllər də şəhərlərdə böyük
tikinti işləri görülüb. Amma bu tikinti, quruculuq və abadlıq işləri əyalətlərə
В«ayaq açandaВ» insanlar bundan daha çox sevinirlər. İndi məmləkətimizin əksər
rayonlarında böyük tikinti işləri görülür. Bu tikinti işləri ilk növbədə
insanların ümidini və inamını bir qədər də artırır.

rayonlardan biri də Füzulidir. O Füzuli ki, bu rayonda 10 ildə görülməyən işlər
son bir ildə həyata keçirilir. Yəqin bəzilərinizin yolu 5-10 il bundan qabaq
həmin rayona düşməmiş deyil. Onda rayon tamamilə başqa bir mənzərədə idi. Yəni
bərbad yollar, müharibənin dağıntılarının izim olan bir-birini tamamlamayan
köhnə tikililər və eləcə də digər nöqsanlar ilk baxışdan insanları narahat edirdi.
Artıq dediyimiz bu çatışmazlıqlar arxada qalıb. Rayona gələndə, xüsusilə rayon
mərkəzi Horadiz şəhərinə daxil olandav bir-birindən gözəl yeni inşa edilmiş
tikililərin, binaların, küçələrin və xiyabanların şahidi olursan. Onun da
şahidi olursan ki, Füzulidə bu gün tək tikinti işləri görülmür, həm də çox
böyük və əsaslı yeni bir şəhər salınır. Yəni qədim və gözəl bir yurdun öz
görkəmi, siması yenidən özünə qayıdır. Bu yazımız da DƏYİŞƏN, DÖYÜŞƏN VƏ GÖZƏLLƏŞƏN
FÜZULİ, onun keçmişi, bu günü və gələcəyi haqdadır. Amma öncə
Tarixi Füzuli haqqında
Füzuli
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili
düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan
rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. İnzibati ərazi vahidi kimi
rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Rayon 8
avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. Rayonun
mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və
Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə
etmişdir. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin
anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli
rayonu adlandırılmışdır. Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105 min
nəfərdir. İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri
yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük
Bəhmənli, Horadiz və Qacar kəndləri olmuşdur. Hazırda rayonun işğaldan azad
olunmuş ərazisində bir şəhər , 13 qəsəbə və 22 kənd vardır.
Füzuli
rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında,
Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış,
Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında
mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal
– Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə
yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük
nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit
dövrünün mövcudluğunu aşkarladı. Azıx mağarası qədim insan məskulaşması
baxımından dünyada üçüncü yeri tutur.
Füzuli
rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq
abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin
sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən
qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi
(1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr),
Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), В«Məşədi HəbibВ» hamamı (XIX
əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri
(XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin
vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş, yandırılmışdır.
Əlbəttə,
bütün bunlar min illik tarixi olan bir bölgə üçün çox qısa məlumatlardır. Bu
dərginin növbəti yazısı kimi də rayonun
ötən əsrdən başlayan inkişaf mərhələsinin ilk pilləsi:
Ulu öndərin birinci hakimiyyət dövrü
İlə
bağlı faktlara üz tutaq. Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyət
dönəmində, yəni ötən əsrin 70-ci illərində Füzuli rayonu böyük inkişaf yolu
keçmiş, tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilmişdir.
Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton
məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş
karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri muəssisə və təşkilat, dram
teatrı, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var
idi.
Ermənistan
silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl rayonun kənd
təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq
olmuşdur. Rayonda 15 kolxoz və 26 sovxoz var idi. Kənd təsərrüfatına yararlı
torpaqlar 85 min hektar idi. 50,9 min hektar otlaq sahələri var idi. Burda Araz
çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir.
1980-ci ilədək pambıqçılığa geniş yer verilmişdi. Sonralar rayonun
təsərrüfatları üzümçülük üzrə ixtisaslaşmışdı. 17,4 min hektarda üzüm bağları
salınmışdı. Üzümçülükdə ən yüksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton
üzüm yığılmışdır.
İşğaldan
əvvəl təsərrüfatlarda 17600 baş qaramal, 70000 baş qoyun və keçi saxlanılırdı.
Rayon 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur. 1994-cü ilin yanvarında
rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
İşğaldan
əvvəl rayonda 86 ümumtəhsil və iki texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq
bağcası, 90 kitabxana, 79 klub müəssisəsi, 1 tarix-diyarşünaslıq muzeyi, 9
musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi
fəaliyyət göstərirdi. Bunlardan 44 ümumtəhsil müəssisəsi, 2 texniki peşə
məktəbi, 15 uşaq bağçası, 90 kitabxana, 27 klub müəssisəsi, 12 musiqi məktəbi,
16 xəstəxana, 17 həkim məntəqəsi, 48 feldşer-mama məntəqəsi işğaldan azad
olunmuş ərazidə fəaliyyət göstərirdi.
Vaxtilə
rayonda onlarca adama Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 7 çağırış SSRİ
Ali Sovetinin, 9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Şamama
Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. Əslən Füzuli rayonundan
olan 2 nəfər – İlyas Əfəndiyev və Elçin Əfəndiyev xalq yazıçısı, 2 nəfər –
İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq
elmlər namizədi və elmlər doktoru yetişmişdir. Rayonda ilk dəfə В«Qızıl ArazВ»
adlı qəzet 1931-ci ildə dərc olunmuşdur. Həmin qəzet 1966-cı ilə qədər В«Qızıl
ArazВ», 1966-cı ildən sonra isə В«ArazВ» adı ilə dərc olunmuş, Füzuli rayon
partiya komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyət gostərmişdir.
Məcburi köçkunlərin işğaldan azad olunmuş əraziyə geri qayıdaraq
məskunlaşmasının rəmzi olaraq rayon İcra Hakimiyyətinin və redaksiyanın
yaradıcı kollektivinin orqanı kimi qəzet hazırda В«QayıdışВ» adı ilə dərc olunur.
Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən aparılan işğalçı
Müharibə
Bir
çox quruculuq işlərini yarımçıq qoydu, abadlaşan rayonu məhv etdi. Araz çayının
qırağında yerləşən və qədim Quruçay mədəniyyətini özündə yaşadan bu münbit
ərazi tarix boyu dəfələrlə yüksəlişin, çiçəklənmənin şahidi olmuşdur. Ulu öndər
Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərliyi dövründə də Füzulidə
iqtisadi həyat dirçəlmiş, sosial-mədəni sahə inkişaf etmişdi. Təəssüf ki,
Qarabağ münaqişəsinin başlanması və sovet imperiyasının dağılması burada da
tənəzzülə, dağıntılara gətirib çıxarmışdı. Müstəqilliyin ilk dövründəki başıpozuqluq
isə Füzulini da qonşu bölgələr kimi işğalaməruz qoymuşdur.
1988-ci
ildən başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş,
yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1.100-dən
çox şəhid və itkini, 181 girovu, 1240 nəfər müxtəlif dərəcəli əlili var.
Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan
155 nəfəri yetim qalmışdır. Əslən Füzuli rayonundan olan 6 nəfər Azərbaycan
Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Müharibənin əsas
ağırlığını Yağlıvənd, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli,
Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli,
Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqustun
23-ü 1993-cü ildə Füzuli Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Hazırda
Füzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır. 55 min nəfərə yaxın
füzulili öz doğma torpaqlarından qovuldu. Lakin Azərbaycan ordusunun həmin ilin
dekabr ayında başlatdığı əməliyyat nəticəsində işğal olunmuş 21 kənd və
strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. Ümummilli
lider Heydər Əliyevin 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə
qayıdışı Füzuliın taleyində həlledici rol oynamış, rayonun tamamilə işğalı
təhlükəsi sovuşdurulmuş, rayon dirçəliş və yeniləşmə yoluna qədəm qoymuşdur.
Hal-hazırda işğaldan azad olunmuş torpaqlarda əhali öz doğma torpaqlarına
qayıtmışdır. 1995-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə
on minləçrlə dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. İşğaldan
əvvəl rayonun 96470 sakini, bu gün isə 114600 olmuşdur. İşğaldan sonra ölkə
başçısı İlham Əliyevin sərəncamı ilə 2107 ailəlik 11 Qayıdış, 1 Fin evləri,
2104 ailəlik Zobucuq qəsəbələri salınmışdır.
Atəşkəs
müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu
kimi Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayon üçün digər bir
problem işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Atəşkəs
razılaşması imzalandıqdan sonra Füzuli rayonu ərazisinin minalardan
təmizlənməsi işlərinə başlanılıb. Bu gün
Füzulilər əmindir ki, 70-ci illərdə pambığı və üzümü ilə bütün ittifaqda şöhrət
qazanan Füzuli Heydər Əliyevin qurduğu yeni Azərbaycanda da öz əzəmətini
bərqərar edəcək! Bütün bunların ilkin şərti isə heç şübhəsiz düşmənlə üz-üzə
dayanan rayonun inkişaf etdirilməsi, bütün çətinliklərə baxmayaraq Füzuli
rayonunun respublikann ümumi inkişaf tempindən geri qalmaması və gələcək xoş
günlərə hazır olmasını təmin etməkdir. Bu prosesdə heç şübhəsiz ki, əsas faktor
qaçqın və məcburi köçkünlərə
Dövlət qayğısı
Hesab
edilir. Region dövlətləri içərisində öz liderliyini qoruyub saxlayan Azərbaycan
vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu
addımlar atır. Yeni yaşayış binaları tikilir, iş yerləri açılır, müxtəlif yaş
qruplarına hesablanan layihələr həyata keçirilir. Dövlətin daim diqqət
mərkəzində olan ən mühüm məsələlərdən biri öz tarixi torpaqlarından didərgin
düşən, Ermənistanın təcavüzü nəticəsində evini tərk edən, yurdu işğal altında
olan soydaşlarımızın vəziyyətini yaxşılaşdırmaq, onların nisgilini azaltmaqdır.
Azərbaycan
respublikasının əldə etdiyi hər bir uğurdan, həyata keçirilən siyasətdən qaçqın
və məcburi köçkünlərə də pay düşür. Daha doğrusu, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqların davam etdirilməsi
ilə yanaşı, qaçqın və məcburi köçkünlərin məskunlaşması, onların sosial
şəraitinin yaxşılaşması, səhiyyə, təhsil, infrastruktur təminatları ilə əhatə
olunmaları, bütün iaşə-məişət qayğılarının həll edilməsi üçün davamlı tədbirlər
həyata keçirilməkdədir.Yola
salmaqda olduğumuz 2014-cü ilin sonunda Milli Məclisdə dövlət büdcəsinin müzakirələri
zamanı da bu dediklərimiz təsdiqləndi. Yenə də dövlət büdcəsinin müzakirəsində
qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin, sosial təminatının
yaxşılaşdırılması üçün millət vəkillərinin qaldırdığı məsələlər diqqətə alındı.
Azərbaycan
hökuməti həm büdcə vəsaitləri və Dövlət Neft Fondundan ayrılan vəsaitlər, həm
də digər maliyyə mənbələri hesabına qaçqın və məcburi köçkünlərin sosial həyat
şəraitinin yüksəldilməsi ilə bağlı mühüm layihə və proqramları
gerçəkləşdirməkdədir. Xüsusi
olaraq qeyd etmək yerinə düşər ki, qaçqın və məcburi köçkünlərin sosial
şəraitinin yaxşılaşdırılması siyasətinin əsası Ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. Əsası Ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün
Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. 2003-cü ildə
Azərbaycanın dövlət başçısı seçilərkən cənab İlham Əliyev qaçqın və məcburi
köçkünlərin həyat səviyyəsinin yüksəldilməsinin prioritet sahə kimi diqqətə
alınacağını bildirmişdi. Bu istiqamətdə aparılan geniş fəaliyyət, həyata
keçirlən dövlət proqramları, görülən tədbirlər, həyata keçirilən layihələr onu
deməyə əsas verir ki, ötən müddət ərzində verilən vədə tam əməl olunub.
2003-cü
ildə prezident seçkiləri ərəfəsində seçicilər qarşısında çıxış edən cənab İlham
Əliyev bəyan etmişdi ki, növbəti beş ildə Azərbaycanda bir dənə də olsun çadır
şəhərciyi qalmayacaq. Artıq bu məsələ demək olar ki, tam şəkildə öz həllini
tapıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu
siyasət nəticəsində hazırda ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi
qalmayıb. Dövlət
başçısının 2008-ci ilin aprel ayında Zobucuq qəsəbəsində orta məktəb binasının
açılış mərasimində də qeyd etdiyi kimi, qaçqın və köçkünlərin həyat
səviyyəsinin yaxşılaşdırılması ilə bağlı uğurlar göz qabağındadır: В«Bu gün
artıq Azərbaycanda çadır şəhərciyi yoxdur. Əvvəllər o ağır, çətin vəziyyətdə
yaşayan soydaşlarımız indi yeni evlərə köçürülür, yeni binalarda yaşayırlar. Bu
qəsəbələrdə bütün infrastruktur yaradılmışdır. Gözəl evlər, yeni salınmış
yollar, su xətləri, elektrik enerjisi, məktəb, tibb məntəqələri – yəni, yaxşı
yaşamaq üçün bütün imkanlar var. Bu illər ərzində on minlərlə soydaşımız yeni
evlərə köçürülmüşlər. Bu siyasət 2000-ci illərin əvvəllərində Ulu öndər Heydər
Əliyev tərəfindən başlanmışdır. O vaxt qərar qəbul edilmişdi ki, çadır
şəhərciklərinin bir hissəsi ləğv olunsun və orada yaşayan soydaşlarımız yeni
evlərə köçürülsünlərВ».
Hazırda
qaçqınların sosial infrastruktur təminatının yaxşılaşdırılması və onların ən
müasir kommunal xidmət növləri ilə təchiz olunmuş yaşayış mənzilləri ilə təmin
edilmələri sosial siyasətin başlıca hədəflərindən birini təşkil edir. Bu
məqsədlə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlara və
göstərişlərinə əsasən, məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir. Bütün bu işlər
isə heç şübhəsiz insanlarda dövlətə böyük inam və gələcəyə ümüd yaradır. Bu
mənada tam əminliklə söyləyə bilərik ki, düşmənlə təmas nöqtəsində olan Füzuli
bu gün də
Qürur və iftixar mənbəyi
Kimi
tanınır və öz inkişafı, gündən-günə artan abadlığı ilə düşmənə göz dağına
çevrilir. Son illər Füzuli rayonunun işğal altında olmayan və 51 min nəfərə
qədər əhalinin məskunlaşdığı yaşayış məntəqələrində tikinti, abadlıq-quruculuq
işləri genişlənmiş, müxtəlif Dövlət Proqramları çərçivəsində yeni qəsəbələrin
salınması, infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində məcburi
köçkünlərin yaşayış şəraiti yaxşılaşmış, bir çox sosial problemlər öz həllini
tapmışdır. Füzuli rayonunun bütün mənalarda böyük strateji əhəmiyyətə malik
olması ölkə rəhbərliyinin də bu rayona xüsusi diqqət və qayğı ilə yanaşmasını
şərtləndirir. Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab
İlham Əliyev rayonun sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlar verir, özü
şəxsən bu rayona səfər edir, həm yerli sakinlərlə görüşür, həm də görülən
işlərin vəziyyəti ilə yerindəcə tanış olur. Bütün bunların nəticəsidir ki,
respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda da inkişaf son
aylarda xüsusən nəzərəçarpacaq dərəcədə böyük sürət götürmüşdür. Aparılan
işlərin miqyası və dəyəri ilə bağlı ümumi təəssürat yaratmaq üçün
Qədim Füzulinin müasir görüntüsü
Haqqında
yazmaq vacibdir. Çünki, bu torpağa, bu yurda ayaq basanda adam gözlərinə
inanmır. İnanmır ki, az bir vaxtda qədim və müasir Füzuli rayonunda, onun
mərkəzi olan Horadiz şəhərində bu qədər böyük tikinti, quruculuq, abadlıq
işləri görülüb. Bölgənin bütün rayon mərkəzləri ilə rəşabət aparacaq və üstün
olacaq bir məkana çevrilən Horadiz şəhəri müasir memarlıq üslubunda tarixi
köklərə əsaslanaraq yenidən qurulub. Bir-birindən gözəl abidələr, yaraşıqlı
tikililər və abad yollar adamın diqqətini cəlb eləyir. Ən çox da diqqəti cəlb
eləyən odur ki, şəhərin mərkəzində gözəl, yaraşıqlı və möhtəşəm parklar
salınıb. Bu parklar heç də adi parklar deyil. Öz orijinallığı və memarlıq
üslubu ilə diqqəti çəkən Heydər Əliyev parkı demək olar ki, əsaslı surətdə
yenidən qurulub.
Ulu
Öndər Heydər Əliyevin heykəli və eyni zamanda yerə döşənmiş qiymətli mərmərlər
və parkdakı digər tikililər memarlıq baxımından bir-birini tamamlayır və
möhtəşəm bir görüntü yaradır. Parkdakı musiqili və rəngli fəvvarənin isə qeyri
adi bir görünüşü var. Əgər kimsə axşamlar gəlib bu mənzərəni seyr etsə, sanki
özünü nağıllar aləmində hiss eləyər. Musiqili və rəngli fəvvarələrdən ətrafa
səpələnən nurdan burda hamıya pay düşür. Elə buna görə də axşamlar bu mənzərəni
seyr etmək üçün nə qədər füzulili Heydər Əliyev parkına gəlir və bu gözəl
anların iştirakçısına və şahidinə çevrilirlər.
Çox
maraqlıdır ki, bu gün Füzuliın hansı yerinə ayaq bassan orda yeniliyin,
abadlığın və böyük dəyişikliklərin şahidi olmaq olar. Bir-birindən gözəl
tikililər, orijinal üslubda inşa edilən parklar və xiyabanlar, abad yollar
istər-istəməz adamın diqqətini çəkir. Yayın istisində bu parklarda dincəlməyin
özgə bir gözəlliyi var. Əvvəllər parklara gəlməyən insanlar indi hava
sərinləşən kimi axşam saatlarında bu parklara gəlib asudə vaxtlarını maraqlı keçirir
və istirahət eləyirlər.
Xüsusi
olaraq qeyd etmək lazımdır ki, Füzuli rayonunun inkişafında
İki tarixi sərəncam
Müstəsna
rol oynamışdır. Bunlardan biri В«Füzuli rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındaВ» Azərbaycan respublikası
Prezidentinin sərəncamı, digəri isə Alı Alıyevin Füzuli Rayon İcra
Hakimiyyətinin Başçısı təyin edilməsi haqqında sərəncamdır. Amma bu inkişaf
nəticəsi heç də asan başa gəlməmişdir. Mil düzünün zəhmət meydanı, hünər qalası
olan Füzuli bu gün özü boyda quruculuq, yeniləşmə meydanıdır.
Prezident
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən regional inkişaf
proqramı isə qədim torpağa yeni həyat gətirmişdir. Ökə rəhbərinin son illər
regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar və
fərmanları dövlətimizin inkişafında xüsusi rol oynayır. Füzuliylə bağlı verilən
sərəncam da bu qəbildəndir. Amma təbii ki, hər bir sərəncamın uğurlu taleyi ilk
növbədə bu sərəncamın icrası, bir qədər də konkret ifadə etsək yerlərdə
prezidentin göstərişlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu mənada tam
qətiyyətlə deyə bilərik ki, В«Füzuli rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındaВ» Azərbaycan Respublikası
Prezidentinin sərəncamı uğurla yerinə yetirilməkdədir. Bu da təsadüfi deyil.
Çünki rayona Alı Alıyev kimi ağsaqqal, təcrübəli və ziyalı bir insan rəhbərlik
edir.
Ulu
öndər Heydər Əliyevin idarəetmə məktəbinin yetirmələrindən olan, uzun illər
ayrı-ayrı idarəetmə orqanlarında çalışmış Alı müəllim təşəbbüskar, qurucu,
sabahı aydın görən təcrübəli kadrdır. O, bir ildən bir qədər artıqdır ki,
Füzuli rayon İcra Hakimiyyətinin başçısı kimi, bu bölgənin güclü potensialını
hərəkətə gətirmək üçün kompleks tədbirlərin həyata keçirilməsinə rəhbərlik
edir. A.Alıyev rayonun abadlığı və yenidən qurulması üçün nə lazımdırsa onu
yüksək səviyyədə həyata keçirir və bu işdə rayon camaatına böyük inam bəsləyir.
Rayon
icra hakimiyyətinə daxil olmuş bir sıra müraciətlərdə dövlət başçısı İlham
Əliyevin yeritdiyi daxili və xarici siyasət xətti dəstəklənir, onun Dağlıq
Qarabağ probleminin həllinə dair prinsipial mövqeyi bəyənilir, son beş ildə
rayonda aparılan genişmiqyaslı quruculuq işləri təqdir edilir, ən müxtəlif
məsələlər haqqında arzu və təkliflər bildirilir.
Bütün
bunlar isə bir inkarolunmaz faktı ortaya qoyur ki, beyləqanlılar bundan sonra
da Prezident İlham Əliyevin modernləşmə, islahatlar və tərəqqi strategiyasını
dəstəkləyəcək, mühüm dövlət qərar və tapşırıqlarının dönmədən həyata
keçirilməsini təmin edəcəklər. Rayon ictimaiyyəti öz gücünü səfərbər etməklə
müstəqil respublikamızın çiçəklənməsi, xalqın rifahının yüksəldilməsi naminə
uğurları artıracaqdır. Qədim Füzuli torpağı XXI əsrin ilk onilliyində öz
tarixinin ən yüksək mərhələsini yaşayır, sabaha daha böyük arzularla gedir. Bu
rayonda
İnkişafın, çiçəklənmənin, müasirləşmənin
tarixi
Yazılır.
Təbii ki, Alı Alıyevin rəhbərliyi altında görülən bu işlər Füzuli rayon əhalisi
tərəfindən rəğbətlə qarşılanır. Onlar görülən işləri yüksək qiymətləndirir və
haqlı olaraq bildirirlər ki, Füzuli rayonunun müasir tarixində yeni bir səhifə
açılıb. Bu səhifənin isə bir adı var: inkişafın, çiçəklənmənin, müasirləşmənin
tarixi!
Qurub
yaratmaq və böyük işlər görmək o qədər də asan deyil. Ən azından bunun üçün böyük
ürək sahibi olmalısan və eyni zamanda möhtəşəm layihələrin gerçəkləşməsinə imza
atmalısan. Təbii ki, bu da elə-belə başa gəlmir. Eləcə də hər hansı iş
görüləndə bunu təkbaşına da eləmək mümkün olmur. Gərək el-obaya, xalqa və
camaata arxalanasan ki, ağır yükü qaldıra və aşıra biləsən.
İnsanları
sevindirmək və onların qəlbini ələ almaq o qədər də asan deyil. Bunun üçün ilk
növbədə özünün böyük ürəyi olmalıdır və sonra da başqalarının ürəyinin səsini
dinləməlisən. Bu gün Füzuli rayonunda elə bir ab-hava, elə bir aura və elə bir
ovqat yaranıb ki, bütün bunlar ancaq insana müsbət təsir eləyə bilər. Bu da
təsadüfi deyil. Çünki rayon icra hakimiyyətinin başçısı çox ziyalı, təcrübəli
və insanlarla ünsiyyət yaratmağı bacaran bir insandır. Alı Alıyev fəaliyyətə başladığı
ilk gündən füzuliləri başına yığmağı bacardı və möhtəşəm layihələrin həyata
keçirilməsinə nail oldu. Bu möhtəşəm tikililər erməninin iki addamılğında olan
Horadizi daha da möhtəşəm edir. Bəlkə də ermənilər yeni tikilmiş möhtəşəm
şəhərə uzaqdan baxanda ürəklərindən nələr keçir onu deyə bilmərik, amma bir onu
deyə bilərik ki, onların yandırdıqları şəhər yeni görkəmdə xain qonşuların
ürəyində xal qoyub.
Nəhəng tikinti-quruculuq meydanı
Rayonun
icra hakimiyyəti rəhbərliyindəki dəyişiklik Füzulinin bütün sahələr üzrə
inkişafında yeni mərhələ açıb. rayonun yeni icra başçısı Alı Alıyev bu vəzifəyə
təyinat aldıqdan sonra özündən əvvəlki dövrdə yığılıb qalmış çoxsaylı
problemlərin həlli istiqamətində ciddi, əməli tədbirlərin həyata keçirilməsinə
start verib. Bu tədbirlərin sayəsində artıq Füzuli günbəgün dəyişir, yeniləşir
və inkişaf edir. Necə deyərlər, bugünki Füzuli bir başqa Füzulidir artıq, hər
gün daha da abadlaşan, insanların sosial-iqtisadi rifahı sarıdan daim tərəqqiyə
can atan Füzulidir bu günki Füzuli!
Bu
gün Füzuli rayonunun mərkəzi hesab edilən Horadiz yaşıllıqlara bürünən bir
şəhəri xatırladır. Horadiz də məhz yaşıllıqlar içərisində tikilən, qurulan və
inşa edilən bir şəhərdir. Qısa zaman kəsiyində bu şəhərin küçə və parklarında
45 min ədəd Amerika, Türkiyə və İtaliyadan gətirilmiş ağaclar əkilib. Ən
yaxşısı da odur ki, bu ağaclar inkişaf edir və böyüyür. Hər halda, yaşıllıqlar
şəhəri olan Horadizin bü gün gözəl görkəmi şəhərə qədəm basan hər bir insanın
təəccübünə və sevincinə səbəb olur. Qısa müdət ərzində əldə edilən bu uğurlar
ilk növbədə onun nəticəsidir ki, icra başçısı Alı Alıyevin xüsusi önəm verdiyi
məsələlərdən biri də Füzuli rayon mərkəzi olan Horadizin abadlaşdırılması,
gözəlləşdirilməsi, yaşıllaşdırılmasıdır. Alı Alıyevin birbaşa təşəbbüsü ilə
Horadiz şəhərinin giriş qapısının yenidən təmir olunması da təqdirəlayiq hal
kimi qeyd edilməlidir. Şəhərin mərkəzi prospektinin yenidən təmir edilməsi onun
görkəmini əhəmiyyətli şəkildə dəyişmiş və şəhərin qonaqlarını valeh etməkdədir.
Burada quraşdırılan yeni və nəhəng monitor da Horadizin müasir görüntüsünü əks
etdirir. Ümumiyyətlə artıq kimsə buranın – bugünki Horadizin müharibənin
nəfəsini kürəyində hiss edən, qanlı döyüşlərdən çıxmış, dəhşətli dağıntılara
məruz qalmış əvvəlki Horadiz olduğuna inanmaz.
Qeyd
etdiyimiz kimi, icra başçısı Alı Alıyevin xüsusi həssaslıq nümayiş etdirdiyi
məsələlərdən biri də Horadizin yaşıllaşdırılmasıdır. Elə bunun əyani sübutu
kimi də şəhər boyu nə az, nə çox, düz 4 minə yaxın ağac əkilməsini qeyd
etməliyik. Füzulini В«yaşıl şəhərВ»ə çevirməkdə olan rayon rəhbərliyi bununla həm
də ölkə rəhbərliyinin Azərbaycanın ekoloji mühitinin yaxşılaşdırılması
istiqamətində ardıcıl həyata keçirdiyi tədbirlərə öz töhvəsini verməkdədir.
Alı
Alıyevin icra başçısı postuna təyinatından sonra Füzulinin həyatında daha bir
müsbət yenilik küçələrin yenidən qurulması, onun çağdaş urbanistik standartlara
uyğunlaşdırılmasıdır. Eyni zamanda şəhərin bütün yollarının yenidən çəkilməsi
də təqdirəlayiq hal kimi qeyd edilməlidir. Bütün yollar boyunca səkilərin
yenidən qurulmasını da rayon camaatı alqışlarla qarşılayır. Bir sözlə, rayon
rəhbərliyi həm Füzulinin viziyonunun müasirləşdirilməsi, gözəlləşdirilməsi, həm
də insanların rahat, asudə yaşayışının təmin edilməsi istiqamətində ölkə
rəhbərliyinin respublika miqyaslı tədbirləri ilə ayaqlaşmaq üçün əlindən gələni
edir, qarşıya qoyulmuş hədəflərə çatmağa nail olur.
Alı
Alıyevin Füzulinin inkişafı ilə bağlı mühüm addımlarından daha biri şəhərin
mərkəzində yeni istirahət parkının tikintisi ilə bağlıdır. Bu, rayon
sakinlərinin asudə vaxtını mənalı keçirməsi istiqamətində alqışlanması gərəkən
bir addımdır. Eyni zamanda Füzulinin mədəni mühitinin canlandırılmasına rayon
rəhbərinin ayrıca diqqəti də alqışlara layiqdir. Rayonda bu məqsədlə yeni
Mədəniyyət Evinin inşası Füzuli rayonunun bütün sahələri kimi humanitar sahədə
də tərəqqisinə ciddi stimul verəcəkdir. Sürətli quruculuq və tikinti işləri onu
göstərir ki, Horadiz şəhəri başdan-başa dəyişmişdir. Küçələr, səkilər, xidmət
obyektləri, işıqlandırma sistemi, park və xiyabanlar, hərəkətin təhlükəsizliyi
və ümumiyyətlə gözə görünən hər şey dəyişmişdir, gözəlləşmişdir. Horadizlilər və
bütün füzulililər öz şəhərləri ilə fəxr edirlər.
Azərbaycanla birgə inkişaf edən rayon
В«Azərbaycan
respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət ProqramıВ»nın uğurla
icra olunması nəticəsində müharibənin ağır fəsadlarını aradan qaldıran Füzuli
rayonu müasirləşmə, yeniləşmə dövrünü yaşayır Azərbaycanın bir dövlət olaraq
dünya da öz layiqli yerini tutması, inkişafı və müstəqilliyinin
möhkəmləndirilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli
liderimiz Heydər Əliyev harada, hansı şəraitdə, hansı vəzifədə çalışmasından
asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə olub, mahir bir siyasətçi kimi
ölkəni tarixin ən çətin sınaqlarından məharətlə çıxarıb, müstəqil, müasir
Azərbaycan dövlətini qurub, onu beynəlxalq aləmdə tanıdıb. Çox sevindirici
haldır ki, bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun
nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, güclənir,
beynəlxalq arenadakı mövqeyini möhkəmləndirir. Bu isə şübhəsiz qəbul olunmuş
inkişaf proqramlarının, o cümlədən, В«Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət ProqramıВ»nın yüksək keyfiyyətlə icra
olunmasının bariz nəticəsidir. Bu proqramın birinci mərhələsinin başa
çatmasından sonra Azərbaycanın bütün rayonları inkişaf edib, dövlətimizin
iqtisadi potensialı artıb. Bu rayonlar sırasında Füzulinin də adını çəkmək
olar. Görülmüş işlər, əldə olunmuş müvəffəqiyyətlər rayon əhalisinin həyatında
baş vermiş mühüm hadisələrin nəticəsi kimi qiymətləndirilir. Bu da Prezident
İlham Əliyevin Füzuli rayonunda olması,
əhali ilə görüşləri, açılış və təməlqoyma mərasimlərində iştirak etməsi ilə
bağlıdır. Bütün bunlar dövlət başçısı İlham Əliyevin füzulililərə diqqət və
qayğısı kimi qiymətləndirilir.
Bu
gün artıq dünyanın aparıcı dövlətləri birmənalı şəkildə təsdiq edir ki,
Azərbaycan bütün sahələrdə dinamik inkişafdadır, ölkə inkişaf etmiş dövlətlərin
sırasında bütün sosial yönümlü göstəricilərə görə öncül mövqelərə çıxmışdır.
Yola
saldığımız 2014-ci ildə qarşıda duran bütün sosial-iqtisadi vəzifələr uğurla
icra edilmişdir. Nəticədə Azərbaycan daha yüksək inkişaf mərhələsinə qədəm
qoymuş, ölkənin hərtərəfli inkişafı davam etmişdir. Sevindirici haldır ki,
əvvəlki illərin uğurlu davamı kimi ötən il də real iqtisadiyyatın inkişafı
prioritet elan edilmişdi. Bu istiqamətdə qarşıya qoyulan məqsədə uğurla nail
olunmuşdur. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramında Füzuli rayonunda bir sıra tədbirlərin yerinə yetirilməsi nəzərdə
tutulmuşdur. Dövlət Proqramının qəbul olunduğu vaxtdan keçən dövrdə rayonda
nəzərdə tutulmuş tədbirlərin əksəriyyəti nəzərdə tutulmuş müddətdə uğurla icra
edilmişdir.
Füzuli
sakinlərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır Azərbaycanın hər
yerində olduğu kimi, Füzuli rayonunda da Ulu öndər Heydər Əliyev ideyalarına,
Prezident İlham Əliyevə böyük dəstək və rəğbət açıq-aşkar hiss edilməkdədir.
Məhz bunun nəticəsidir ki, Ümummilli liderin yaratdığı və Prezident İlham
Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası rayon ictimaiyyətinin əsas
inandığı və etibar etdiyi yeganə siyasi təşkilatdır. Hazırda özündə 4495 nəfər
üzvü, 67 ərazi ilk partiya təşkilatını birləşdirən YAP Füzuli rayon təşkilatı
əhali arasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu strategiyanın həyata
keçirilməsi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi tapşırıqların yerinə yetirilməsi
üçün ardıcıl iş aparır. Partiya fəalları məcburi köçkünlərin həyat şəraitini
yaxşılaşdırılması və Dövlət Proqramının tələblərinə uyğun tədbirlərin həyata
keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=14474