Füzulidə koronavirus infeksiyasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri gücləndirilib

03.04.2020 - 11:43

Füzuli rayonunda Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə ardıcıl və sistemli şəkildə qabaqlayıcı tədbirlər və maarifləndirmə işləri aparılır.
Koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq, vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə sosial izolyasiyanın gücləndirilməsi, habelə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının, inzibati ərazi nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, yerli könüllülərdən və
ictimaiyyət fəallarından təşkil olunan mobil qrupların fəaliyyəti gücləndirilib.
Mobil qruplar tərəfindən rayonun şəhər, qəsəbə və kəndlərində maarifləndirmə-xəbərdarlıq işləri aparılaraq, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələri, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmaları, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələri tövsiyə edilir.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və yerli könüllülər tərəfindən rayonun ayrı-ayrı
yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan, o cümlədən
aztəminatlı ailələrin siyahısı hazırlanıb, onlara ərzaq bağlamalarının və tibbi
ləvazimatların paylanması təşkil edilir.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev də mütəmadi olaraq yaşayış
məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının
monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda
qalmalarını tövsiyyə edir.
Bundan başqa rayonun bütün yaşayış məntəqələrində koronovirus
infeksiyasına qarşı gündəlik dizenfeksiya işləri aparılır, virusdan müdafiə
olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar hər bir ailəyə çatdırılır,
xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə
çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları
izah edilir.
Rayon Qərargahı ərazidə koronovirus infeksiyasına qarşı mübarizə
tədbirlərini gündəlik olmaqla, ciddi nəzarət altında davam etdirir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144749

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930