Milyon, milyon, milyon… sərvəti olan azərbaycanlılar

Bertold Averbax deyib ki, çox pul qazanmaq igidlik, onu saxlamaq
müdriklik, məharətlə xərcləmək isə incəsənətdir. Qabriel Qarsiya Markes
isə hesab edib ki, “pul-şeytanın əlamətidir”. Azərbaycan xalqının müdrik
atalar sözündə də pulla bağlı deyəsən, ən çox işlədilən yalnız, bir
deyim var: “Pul əl çirkidir”.
cırılır, ya da tədavüldən çıxarılır. Amma elə pullar da var ki, onları
heç kimi görmür, cibdə gəzdirilmir, heç çirklənib köhnəlmir də… O
pullar dəyəri milyonlarla ölçülən villalara, dəbdəbəli hotellərə,
maşınlara, bahalı daş-qaşa yatırılır, pullarda bankdan-banka gəzir,
çirklənmir, kirlənmir… Bax o azərbaycanlılar üçün pul heç də əl çirki
deyil…
Amma onlar bizdən uzaqda yaşasalar da, Allahın salamını verə bilməyəcək
qədər əlçatmaz olsalar da, pullarının miqdarını hamı bilir. Birimiz köks
ötürür, birimiz “xeyrə xərcləsinlər” deyir, o birimiz…məşhur sovet
yazıçısının şeirini dəyişərək “baxın a, yana-yana qalın a, onlar
azərbaycanlı milyarderdirlər” deyib qürrələnir də. Kim nə deyir-desin,
azərbaycanlılar pul qazanmağı sevirlər, xərcləməyi lap sevirlər, Vətəndə
xərcləməyə isə nədənsə, ürəkli deyirlər…Yəqin pulu burda
qazanmayıblar deyə, “acıq çıxırlar”. Nə isə, giriş üçün kifayət edər,
“keçək pullarını” saymağa…
qonşumuz Rusiyada yaşayırlar. Bu, tarixi bir ənənəyə söykənir. Rus
dilində “zdrasti”dən başqa bir söz bilməyən çox adam Rusiyadan pullu
oğlan kimi qayıdıb. Amma qayıtmayanlar da var kı, onları pullu oğlan
demək xətirlərinə dəyər.
milyarderin ümumi sərvəti 16,8 milyard dollar təşkil edir. Bu “üçlük”
Vahid Ələkbərov 13,6 (milyard dollar), Araz Ağalarov (1,8 milyard
dollar) və Fərhad Əhmədovdan (1,4 milyard dollar) ibarətdir.
rəhbərlik edir. Ruslar nədənsə, ona Vaqit deyir. V.Ələkbərov Bakıda
anadan olsa da, atası əslən Cənubi Azərbaycandandır. Keçmiş AZİ məzunu
olan V.Ələkbərovun Azərbaycandakı biznesi yalnız “LUKoil”in bir neçə
YDM ilə məhdudlaşır. Son aylar o, Ukrayna və bir sıra Avropa
ölkələrində, eləcə də Səudiyyə Ərəbistanında şirkətinə məxsus
obyektləri satması ilə gündəmə gəlib. Amma maliyyə itkilərinə
baxmayaraq, o, hələ də Rusiyada yaşayan ən zəngin azərbaycanlı iş
adamıdır. Onu yeganə övladı atası Yusifin adını daşıyır. Hələ ötən il V.
Ələkbərov bəyan etmişdi ki, özünün bütün səhmlərini yeganə oğlu Yusifə
bir şərtlə vəsiyyət edib ki, bu səhmlər satıla və bölünə bilməz. Məqsəd
isə şirkətin daha uzun illər stabilliyini təmin etməkdir…
şirkətlər qrupuna rəhbərlik edir ki, varidatı 1,5 milyard dollardır və
o, son illər Rusiyada ən çox gəlir gətirən biznesmen kimi reytinq
qazanıb. Bir müddət əvvəl Azərbaycandakı biznesi haqda suala milyarder
belə cavab vermişdi: “Bizim qohumluq əlaqələrimiz var. Biznesim yoxdur,
çünki orada biznes qursaydım, bu, mətbuatda mənfi qarşılanardı və belə
çıxacaqdı ki, ortada himayəçilik var”.
əslən göyçaylıdır. F.Əhmədovun atası sovet dövründə Göyçay Konserv
Zavodunun direktoru olub. F.Əhmədov Bakını yeniyetmə olarkən – 15
yaşında tərk edib, məktəbdə təhsilini yarımçıq qoyub və 1969-cu ildə
Rusiyaya gedib. Hazırda varidatı 1,4 milyard dollar təşkil edir. 2009-cu
ildə o, Azərbaycana da investisiya yatırmağa başlayıb. O, vaxtilə
atasının rəhbərlik etdiyi zavodun bazasında Göyçayda yaradılan
müəssisəni almaqla bu sahəyə də investisiya qoyub. Onun “Aznar”
zavodunun yenidən qurulması üçün təqribən 32 milyon dollar investisiya
qoyduğu bildirilir. Bu yaxınlarda məlum olub ki, dünyanın ən böyük
ekspedisiya yaxtasının sahibi Roman Abramaviç (onun kim olduğunu deməyə
ehtiyac varmı?) “Luna”nı (bu söz latın dilində də, rus dilində də eyni
mənanı verir – Ay) Fərhad Əhmədova satıb. “Luna” dünyanın ekoloji
cəhətdən ən təmiz gəmilərindən biridir. Yaxtada bütün tullantıların emal
edilməsi üçün ən müasir avadanlıqlar quraşdırılıb. “Luna” həm də
dünyanın ən təhlükəsiz yaxtalarındandır. Yaxtada praktiki olaraq bütün
təhlükələrə – yanğından tutmuş dəniz quldurlarına qədər hər cür
təhlükəyə qarşı müvafiq tədbirlərin görülməsi imkanları nəzərdə
tutulub.
İsmayılov “bərkgedən” milyarderlər siyahısında “autsayder”dir. 2008-ci
ilə kimi Telman İsmayılov ən nüfuzlu Moskva biznesmenlərindən olub. Onun
AST qrupu qalmaqalla sökülən “Çerkizov” bazarını, “Voentor” binasını,
Yeni Arbatda yerləşən “Praqa” restoranını və Moskva ətrafı 3 min hektara
yaxın ərazini nəzarətində saxlayırdı. Lakin 2008-ci ildə hüquq-mühafizə
orqanları “Çerkizov” bazarında 2 milyard dollar qiymətində qaçaqmal
qeydə aldı. Ticarət sahəsini bağladılar, İsmayılov özü isə Türkiyəyə
yerləşdi. Onun Antalyada tikdirdiyi “Mardan Palace” hoteli 1,4 milyard
dollara başa gəlib. “Forbes” hazırda onun sərvətini cəmi 0,75 milyard
dollar dəyərində qiymətləndirir.
prezidenti Mübariz Mənsimov əslən Masallı rayonunun Miyankü kəndindədir.
M.Mənsimovun adı Türkiyənin “Hürriyet” qəzetinin ölkə milyarderlərinin
22 nəfərlik son siyahısında var. “Palmali” Holdinqin rəhbərinin 1.3
milyard dollar sərvəti olduğu qeyd olunur və 18-ci sırada qərarlaşıb.
Azərbaycanda qida sektoruna sərmayə qoyan Mübariz Mənsimovun biznesinə
görə zaman-zaman rəqibləri tərəfindən ciddi təzyiqlərə məruz qaldığı da
deyilir.
Qırmızı qəsəbədə anadan olub. 42 yaşı var. Bakıda hüquq təhsili alıb.
Var-dövlətini özü qazanıb. Rusiya vətəndaşıdır. Moskvada yaşayır.
Evlidir, 3 uşağı var. “Forbes”in milyarderlər siyahısında 472-ci
yerdədir.
doğulub, Qod Nisanovun kəndçisidir. 47 yaşlı Zarah İliyev Rusiya
vətəndaşıdır. Moskvada yaşayır. Evlidir, 2 uşağı var. “Forbes”in
milyarderlər siyahısında 430-cu yerdədir. Ötən il Zarah İliyevin
qardaşı Yaroxum İliyevin Bakıdakı zavodu sökülüb.
ulduzlu “Radisson Royal Ukraine Hotel”i 2013-cü il üzrə Avropanın ən
yaxşı biznes hoteli kimi beynəlxalq “World Travel Awards” mükafatı alıb.
Jurnal bu mükafatın səviyyəsinə görə “Wall Street Journal” tərəfindən
Oskar mükafatı ilə müqayisə edildiyini xatırladır və bildirir ki, hotel
biznesində bu, ən yüksək mükafat sayılır.
Rəhimov bu ilin aprelində “Forbes” jurnalının Rusiyanın 2014-cü il üzrə
ən varlı biznesmenlərinin siyahısına düşüb. Onun 0,5 milyard dollar
sərvətlə sıralamada 187-ci pillədə qərarlaşmışdı.
Xəlilov çoxdan bu cür siyahılara düşmür, ya da çox ön mövqedə deyil. O,
Azərbaycan vətəndaşı olsa da, Rusiya ilə sıx bağlıdır. Məsələn, bu ilin
mayında o, Rostov vilayətində neft terminalı alıb. “Kurqanneftprodukt”
ASC-yə məxsus olan Taqanroq Neft terminalı 1 milyard 600 milyon rubla
(təxminən 50 milyon ABŞ dolları) “İSR Trans”a satılıb.
var. Siyahıda ilk pilləni rus əsilli milyarderlər tutublar. Onların
ümumi sərvəti 165 milyard dollar təşkil edib. Siyahıda yəhudilər 2-ci
(122,3 milyard dollar), ukraynalılar 3-cü (70,4 milyard dollar),
tatarlar 4-cü (9,2 milyard dollar), ermənilər 5-ci (21 milyard dollar),
dağ yəhudiləri isə 10,6 milyard dollar sərvətlə 6-cı pilləni tutublar.
Siyahıdakı növbəti pillələri azərbaycanlılar, inquşlar, çeçenlər,
avarlar və özbək milyarderlər tutublar.









Short URL: http://www.cumhuriyyet.net/?p=14475