Gələn ildən manat dəyərini itirə bilər
Ukraynaya müdaxiləyə görə Qərbin sərt sanksiyaları ilə üzləşən
Rusiyada yaşanan iqtisadi tənəzzül əksər sahələrə təsir edib. Ökədə
faktiki iqtisadi böhran yaşanır. Rublun sürətlə dəyərdən düşməsi ölkənin
iqtisadi fəlakətə doğru getdiyindən xəbər verir.
Avropada avronun, Rusiyada isə rublun dəyərdən düşməsinin digər
valyutalara da təsiri qaçılmazdır. Bank sektorunda çalışan
mütəxəssislərdən sızan məlumata görə, gələn ildən Azərbaycan manatı da
öz dəyərini itirə bilər. Belə olan təqdirdə, banklarda əmanətləri
manatla saxlayanların pulunu çıxarması halları artacaq. Bunun isə
daşınmaz əmlak bazarına real təsiri mümkündür.
Daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət Ibrahimov deyir ki, neftin
qiyməti düşürsə, eləcə də Rusiyadan Azərbaycana gələn pul kütləsinin
həcmində azalmalar olursa, deməli, daşınmaz əmlakın bahalaşmasına hər
hansı zəmin yoxdur. Nüsrət Ibrahimov əmlakın bahalaşmasına bazarda pul
kütləsinin artımının zəmin yaratdığını vurğulayır: “Bazarda pul kütləsi
azalırsa, daşınmaz əmlakın qiymətinin artması ehtimal olunmur. Əksinə,
mənzillərin qiymətinin ucuzlaşması ehtimal oluna bilər”.(azadliq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=14477