Gürcüstan azərbaycanlılara niyə qadağa qoyur?
Zəlimxan Məmmədli: В«Bunun arxasında nə dayandığını öyrənməyə çalışacağıqВ»
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə
yasaq qoyulması barədə məlumat vermişdik. Bu barədə mətbuata məlumat
verən Z.Məmmədli bildirib ki, Gürcüstanın siyasi hakimiyyəti
qeyri-sağlam mövqe sərgiləyərək onun 19 oktyabrdan etibarən Gürcüstana
girişinə yasaq qoyub. Z.Məmmədlinin sözlərinə görə, bundan əvvəl isə
müavini Salman Murğuzov bu aqibəti yaşayıb.
Atılan addımın səbəblərinə aydınlıq gətirmək məqsədilə Z.Məmmədli ilə
əlaqə saxladıq. O bildirdi ki, keçirəcəyi mətbuat konfransında əldə
etdiyi bütün detallara aydınlıq gətirəcək. Z.Məmmədlinin sözlərinə görə,
atılan addımla bağlı hələlik onları qane edən cavabı almasalar da,
mətbuata açıqlanacaq müəyyən məqamlar var: “Mən qanun sevən adamam.
Ökələrarası qanunları, beynəlxalq hüququ pozmamışam. Bu tərəfdən özümü
kifayət qədər şəffaf hesab edirəm. Amma hər halda bu qərarı qəbul
ediblər. Bunun arxasında nə dayandığını öyrənməyə çalışacayıq”.
Z.Məmmədli onu da bildirdi ki, baş verən olayla bağlı mətbuat
konfransı dekabrın 12-də saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində
keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=14478