Kamaləddin Qafarov: Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin şanlı səhifəsidir

03.04.2020 - 18:05

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan mövqeləri və yaşayış
məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz
qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması
nəticəsində aralarında 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır
yaralandı. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin
təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən
Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab
tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi və bu istiqamətdə qəti cavab
zərbələri endirildi.” – bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov ordumuzun 2016-cı ildə böyük uğur qazandığı Aprel
döyüşlərinin 4-cü ildönümündən bəhs edərkən bildirmişdir.
Millət vəkili demişdir ki, uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə
təhlükə yaradacaq Talış yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz
şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində
yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli
Lələtəpə yüksəkliyi də düşməndən azad olundu. Azərbaycan Ordusu sürətli əks-
hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və
Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad
etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30 tankı, 25-dən çox
artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-
dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə
saxlanılması təmin edildi.
K.Qafarov qeyd etmişdir ki, Ermənistan rəhbərliyinin beynəlxalq təşkilatlara və
dövlətlərə yalvarışlarından sonra Azərbaycan hərbi əməliyyatları dayandırmağa razı
oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha
nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşi nəticəsində yaşayış
məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə
şəxsi heyətlə görüşü xalqımızın və Ordumuzun düşmən üzərində qəti qələbəyə
ümidlərini daha da artırdı.
Aprel döyüşlərində bu tarixi qələbədən sonra Ölkə Prezidenti İlham Əliyevin
Sərəncamı ilə “Böyük Qayıdış” prosesinə start verilmiş oldu. Lələtəpə yüksəkliyinin
azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki
əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldıvə burada çox böyük
tikinti-abadlıq işləri aparıldı.
Mİllət vəkili bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev bu tarixi qələbə haqqında çox haqlı olaraq demişdir:“Aprel döyüşləri
hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu
baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır.
Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq…”.
Kamaləddin Qafarov sonda vurğulamışdır ki, dörd gün davam etməsinə
baxmayaraq, Aprel döyüşlərinin nəticəsi ölkəmiz üçün hədsiz dərəcədə əhəmiyyətli
oldu. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini,
ədalətin bərpa olunacağını göstərdi. Bu qələbə bir də onu əyani şəkildə sübut etdi ki,
Dağlıq Qarabağın, bütün əzəli torpaqlarımızın düşməndən azad ediləcəyi gün uzaqda
deyildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144787

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930