Avtoqəzaların ölüm statistikası

12.12.2014 - 11:20

Bu il Azərbaycanda baş verən yol qəzalarında 1023 nəfər ölüb 

Öənlərdən 83-ü uşaq olub

Bu il Azərbaycanda baş verən yol  qəzaları ilə bağlı statistika açıqlanıb. 
 
Baş
Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqələr şöbəsinin
rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, cari ilin 11 ayında
respublika ərazisində 2429 yol qəzası baş verib. Nəticədə 1023 nəfər
ölüb, 2452 nəfər yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə
müqayisədə yol qəza hadisələrinin sayı 217, ölüm sayı  38, yaralı sayı
isə 309 fakt azalıb. Hesabat dövründə sərxoş sürücülər tərəfindən 53 yol
qəzası qeydə alınıb. Nəticədə 28 nəfər ölüb,  60 nəfər yaralanıb.Ötən
ilin müvafiq dövrü ilə müqayisədə sərxoş sürücülər tərəfindən törədilən
hadisələrin sayı 20, ölüm sayı 1, yaralı sayı isə 28 fakt azalıb.
Bu
il piyadaların vurulması ilə nəticələnən 917 yol qəzası baş verib.
Nəticədə 344 nəfər ölüb, 644 nəfər isə yaralanıb. Ötən ilin müvafiq
dövrü ilə müqayisədə piyadaların vurulması ilə nəticələnən yol
qəzalarının sayı 93, ölüm sayı 20, yaralı sayı isə 84 fakt azalıb. Cari
ilin ilk 11 ayında surət həddini aşma səbəbindən  690 yol qəzası qeydə
alınıb. Nəticədə 349 nəfər ölüb,  566 nəfər yaralanıb.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə surət həddinin aşınması səbəbindən
törədilən  hadisələrin  sayı 77, ölüm sayı 31, yaralı sayı isə 93 fakt
azalıb. Baş verən qəzaların 516-sı sürücülük hüququ olmayan şəxslər
tərəfindən törədilib. Nəticədə 219 nəfər ölüb, 586 nəfər yaralanıb.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə sürücülük hüququ olmayan şəxslər
tərəfindən törədilən qəza  hadisələrin  sayı 137, ölüm sayı 33, yaralı
sayı isə 145 fakt azalıb.
Ötmə və qarşılıqlı hərəkət zolağına
çıxma səbəbindən 11 ayda 792 yol qəzası baş verib. Nəticədə 308 nəfər
ölüb, 947 nəfər isə yaralanıb.
Ötən ilin müvafiq dövrü ilə
müqayisədə qarşılıqlı hərəkət zolağına çıxma səbəbindən törədilən
 hadisələrin  sayı 34, ölüm sayı 48, yaralı sayı isə 98 fakt azalıb.
Respublika ərazisində hesabat dövründə baş verən yol qəzalarında 16 yaşına çatmış  83 uşaq ölüb, 222 -i isə yaralanıb.
Ötən
ilin müvafiq dövrü ilə müqayisədə 16 yaşına çatmış  uşaqların yol
qəzaların ölüm sayı 6 fakt artıb, yaralı sayı isə 36 fakt azalıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=14484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930