“Qarabağ” qələbəni qaytara bilər

12.12.2014 - 12:06

 

Dünən
yaşananlardan xəbərdarsız. Son saniyələrdə vurduğumuz halal qolun qeydə
alınmamasından hələ də özümüzə gələ bilməmişik. Çətin də qarşıdakı bir
neçə gündə gələk. Çexiyalı hakimin ofsayd qərarının səhv olduğu aşkardı. Bunu hamı
gördü, təsdiqlədi. Ancaq “Qarabağ”ın haqqı tapdalandı və final fiti
səsləndiyindən, nəyisə dəyişmək mümkün deyil. Belə düşünürdük. UEFA-nın
İntizam Əsasnaməsinə nəzər salmayana qədər.

Avropanın ali futbol qurumunun 2014-cü il üçün qüvvədə
olan Əsasnaməsində çox vacib bir qeyd var. “Admissibility of protests”,
yəni “Etirazların mümkünlüyü” başlıqlı 50-ci maddənin “c” və “d”
bəndlərində hakimin səhvinə görə matçın nəticəsinin dəyişdirilə biləcəyi
haqda qayda var.

“D” bəndində “Hakimin oyunun nəticəsinə təsir edən kobud qayda səhvi”
üzündən nəticənin dəyişdirilməsinin mümkünlüyü qeyd olunur. Ofsayd
qərarının bu bəndin hökmü altına düşüb-düşmədiyi məsələsi qaranlıqdı.
Buna artıq “Qarabağ”ın hüquqşünasları müdaxilə etməli, “dəmiri isti-isti
döyməlidilər”.

Təbii ki, şansımız çox azdı. Ancaq yox da deyil. Rəsmi etirazı gecikdirmək olmaz.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=14488

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728