Onları bu xain rejimin qarşısında tək buraxıb sındırmayın…

07.04.2019 - 01:01

Bu gün bizə 100 dən çox siyasi məhbus ailəsinə dəstək olmamız lazımdı. Bu ailələrə sizin qardaşlığınız, bacılığınız, yoldaşlığınız və ən nəhayət, vətən sevginiz və duyarlılığınız lazımdır.Ölkədə siyasi mübarizəsinə görə bu gün həbs olunan ailələrdə böyüyən o balaca, ata yolu gözləyən körpələrə sizin sevginiz lazımdır. Onların ataları hər gün axşamüstü evə gəlib nəsə bir pay alıb gətirmir o övladlara…
Onlara siz ata əvəzi olun…
Öz övladlarınıza nəsə hədiyyə edəndə ata hədiyyəsinə həsrət qalan övladları unurtmayın!
Tək qalıb heç yerdən ümidi olmayan onlarla gənc xanım var, siz onlara bacı, qardaş olun…
Onlarla ana var, onlara övlad olun…
Bu ölkənin anaları, övladınızı oxşayıb nazını çəkəndə bu ölkədə zindanda ana nəvazişinin həsrətini çəkən məhbuslar olduğunu yada salın.
O ana şəfqətindən onlara da pay ayırın…
Və nəhatət , sizə, güvənib “haqq” deyib bu gün zindanlarda olan onlarla mücahidimizə dayaq olun…
Onları ailəsinin tək qala bilməsi iztirabından azad edin.
Gözləri arxada qalmasın…
40 milyonluq bir xalqın 100-ə yaxın siyasi məhbusunun ehtiyacda olması ayıbını özünüzə sığışdırmayın.
“Bu ölkə üçün ölərəmsə, mənim övladıma yüzlərlə sahib çıxan, başına sığal çəkəcək qardaşım var. Xanımıma bacılıq edən yüzlərlə bacım var” deyib öz ruhuna qüdrət qata bilməlidir bu gün həbsdə olan…
Mən öz xalqıma güvənmk istəyirəm. Onun sevgisini, böyüklüyünü görmək, qürurlanmaq, sinəmə sığmayan qəlbimdən qopub gələn sevinc göz yaşlarına azadlıq vermək istəyirəm. İkinci dünya savaşında öz nişan üzüyünü belə döyüşən əsgər üçün satan Anam, indi sənin o nişan üzüyünə ləkə yaxmaq istəyənlərlə savaşan övladları tək qoyma…
Gecələri yer şumlayan, Ay işığında taxıl əkib döyüşən əsgəri çörəksiz qoymayan Atam, indi o çörəyi səndən almaq üçün xainlik edənlərə qarşı dayananları tək buraxma…
Savaş meydanlarında qanını vətən bildiyi yer üçün tökən Gəncim, indi sənin mərdliynə ehtiyac var… .
Mən sizləri bu gün zindanlarda yatıb qalxan, çıxan günəşi, açan çiçəyi, solan yarpağı belə özləyən həmvətənlərimizin arxasında olmağa səsləyirəm…
Əgər bu gün qanını, canını, sağlamlığını sənə qurban verənin sevdiyi qadını, qoxusunu özlədiyi övladını sənin uğruna tək qoyan demokratiya qəhrəmanlarını tək buraxacaqsınızsa, lütfən bundan sonra kimsə mənə “bacım bir şey lazım olsa hazıram” yazmasın…
Çünki mən nə lazım olduğunu hamıya bəyan etdim.
Mən tək deyiləm, arxamda, yanı başımda 160 yaxın olan siyasi məhbusun ailəsinin övladı, xanımı, valideyini, yaxınları var…
Siz varmısınız?!
Varsınızsa, siyasi məhbus ailələrinə yardım kampaniyasına qoşulun…
Varsınızsa, onları bu xain rejimin qarşısında tək buraxıb sındırmayın…

Məmməd Mikayılov

Short URL: http://www.cumhuriyyet.net/?p=144918

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31