Senat Rusiyaya qarşı sanksiyalar barədə qanun qəbul edib

12.12.2014 - 13:11

ABŞ Senatı cümə axşamı prezident Barak Obamanın Rusiyaya qarşı yeni
sanksiyalar tətbiq imkan verən qanun layihəsini qəbul edib. Sənəd
həmçinin Ukraynaya hərbi yardım göstərilməsinə icazə verir. Trend RİA
Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Bir sıra senatorlar – həm respublikaçılar, həm də demokratlar
tərəfindən təklif edildiyi qanun layihəsi dövlət başçısına “Rusiya
Federasiyasının nümayəndələrinə həmçinin Rusiya hökumətinin nəzarət
etdiyi şirkətlərinə” qarşı sanksiyaların tətbiqi hüququnu verir.

Xüsusilə, sənəd “xarici nümayəndələrinə qarşı sanksiyaların
tətbiqinin”, əgər ABŞ prezidenti “müəyyənləşdirəcək ki, onlar neftlə
bağlı müəyyən Rusiya layihələrinə ciddi vəsait qoyuluşların edəcəyi”
halda mümkünlüyünü nəzərdə tutur.

Bundan başqa, qeyd edilir ki, “əgər prezident qərara gəlsə ki,
“Qazprom” NATO-ya daxil olan ölkələrdən, həmçinin Ukrayna, Moldova,
Gürcüstan kimi ölkələrdən böyük həcmdə qaz alsa, o zaman (şirkətə qarşı)
45 gündən gec olmayaraq sanksiyalar tətbiq etməlidir”.

Sanksiyalar həmçinin “Rosoboroneksport” və digər Rusiya şirkətləri
barəsində tətbiq edilə bilər. Sənəd Kiyevə 2015-ci ildə 350 milyon
dollar məbləğində birbaşa hərbi yardım ayrılması imkanını nəzərdə tutur.

Həmçinin qanun layihəsi Suriya müxalifətinə yardım ayrılmasını
nəzərdə tutur. Bu onunla əlaqədardır ki, Bəşər Əsəd hökuməti Rusiya
istehsalı olan silahlara malikdir.

Hazırda qanun layihəsi ABŞ Konqresinin nümayəndələr palatasının müzakirəsinə çıxarılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=14494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930