ABŞ-da hinduların narkotik satmasına icazə verildi
ABŞ-da hindu tayfalarına çətənə kolu əkməyə və marixuana satmağa icazə verilib.
“Report” “İTAR-TASS”a istinadən xəbər verir ki, bu, həmin ştatın qanunları tərəfindən dəstəklənəcəyi halda mümkün olacaq.
Oreqon ştatının federal prokuroru Amand Marşall bildirib ki, hindu
tayfaları bir neçə əyalətdə, o cümlədən Oreqon, Vaşinqton və Koloradoda
“narkoticarətin qanuniləşdirilməsi” məsələsini qaldırıblar.
Yerli şərhçilər bildiriblər ki, həmin yerlərdə “narkoticarət
çiçəklənəcək”. Çünki əvvəllər oralarda qumarxanalar və bu kimi başqa
əyləncəli oyunlara da icazə verilib.
Hindu tayfalarının bir çoxu narkoticarətə və onun qanuniləşdirilməsinə qarşı çıxış ediblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=14496