Üç dəfə dalbadal əkiz oğlanları doğulan qeyri-adi ailə

12.12.2014 - 13:54

Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində yaşayan Saakyanlar
ailəsində nadir hadisə yaşanıb. Modern.az Ermənistan mətbuatına
istinadən xəbər verir ki, Naira və David Saakyan cütlüyünün 3-cü dəfə
əkiz uşaqları dünyaya gəlib. Bundan əvvəlki iki doğuşda olduğu kimi,
Naira Saakyan bu dəfə də əkiz oğlan uşaqları dünyaya gətirib.

Çoxuşaqlı ata olan David Saakayn 8 ildən çoxdur  evli olduqlarını
deyib. Onun sözlərinə görə, ilk əkiz oğulları 2007-ci il fevralın 6-da
dünyaya gəlib. İkinci dəfə onlar 2010-cu il noyabrın 27-də əkiz oğul
sahibləri olublar. 2014-cü il dekabrın 11-də isə onlar 3-cü dəfə əkiz
övlad xoşbəxtliyni yaşayıblar.

6 oğlu atası olan David “Həmrəylik” təşkilatının Tavuş vilayəti üzrə
koordinatoru, həyat yoldaşı isə saç ustasıdır. 8 üzvü olan ailəni ən çox
düşündürən isə ev problemlərinin həll olunmamasıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=14498

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728