Lənkəranda torpaq uğrunda can qoyanın torpağını alıblar
“Torpağımı dövlət işçisi satdı, pul istədi, rüşvət istədi
verə bilmədim”
Azərbaycanın cənub rayonlarında bəzi Qarabağ əlilləri baxımsızlıqdan
şikayət edirlər. Onlardan biri Lənkəran rayonun Bürcəli kənd sakini Zaur
Ağayev deyir ki, payıbəlli torpağı əlindən alınıb. Zaur Ağayevin
sözlərinə görə, onun torpağına göz dikən də məhz dövlət işçisidir: “Payıbəlli torpağımı dövlət işçisi satdı. Pul istədi, rüşvət istədi
verə bilmədim. Dövlət qayğısından mərhumam. Dəfələrlə prezidentə də
müraciət etmişəm. prezidenti qınamaq olmaz. Yeri gələndə deyirlər ki,
haq veririk, adamımız var. Bizim yuxarıda adamımız yoxdur, haq da verə
bilmirik. Səhv etmişik, gedib vuruşmuşuq. Hətta özümə qəsd etmək
istəyirdim. Söz yox ki, indi bu fikirdən dönmüşəm.”
Bürcəli kənd bələdiyyəsindən isə iddia edirlər ki, Qarabağ əlilinə
məxsus olan torpaq yerindədir. Sadəcə torpaq onun qonşusuna məxsus evin
arxasında olduğu üçün ora getmək istəmir. Zaur Ağayev isə bunun həqiqət olmadığını deyir. Onun sözlərinə görə,
10 ildən artıqdır ki, torpağını istəyir və bununla bağlı müxtəlif
qurumlara müraciət edib. Zaur Ağayev qeyd edir ki, Ədliyyə Nazirliyində
də olub. Ancaq onunla maraqlanan olmayıb. Özü indi evində xəstə yatır: “Heç əhəmiyyət vermədilər. Heç maraqlanmadılar. Bələdiyyə torpağımı satıb maraqlanmır da. Özüm xəstəyəm.”
Short URL: http://www.cumhuriyyet.net/?p=14502