Qərib Məmmədov və “Azərsu”nun birgə 12 milyonluq maxinasiyası
Torpaq Komitəsi ilə Azərsu ASC əl-ələ verib Göyçayda sahibkarın mülkünü mənimsəyib
Torpaq Komitəsi ilə Azərsu ASC əl-ələ verib Göyçayda sahibkarın mülkünü mənimsəyib
olan şikayətçi Mayılova Minayə Seyidaga qızı redaksiyamıza şikayət
məktubu göndərib. O bildirir ki, 7 ilə yaxındır Göyçay rayonunda
mülkiyyətində olan torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin özbaşınalığı nəticəsində “Azərsu” ASC-nin istifadəsinə
verilib və orada özbaşına tikililər inşa edilib. Vətəndaş bununla bağlı 6
ay əvvəl Göyçay Rayon Məhkəməsində “qanunsuz istifadəyə son qoyulması
və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia qaldırıb.
binalarını inşa etdirmək üçün onun və başqa şəxslərin torpaqlarını zəbt
edib: “Bu özbaşınalıqlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
sədri Qərib Məmmədovun himayəsi ilə davam etdirilib. “Azərsu” planlarını
həyata keçirmək üçün bir çox qurumlara rüşvət verib. Nəticədə onlara
olunan xəbərdarlığa baxmayaraq, bu günə qədər başqasının mülkiyyətindən
çox arxayın şəkildə istifadə edirlər. Rüşvət hesabına məhkəmə
çəkişmələrini də süni şəkildə uzadır, ekspertiza rəylərinin verilməsinin
qarşısının alınmasına nail olurlar. Məsələn, Göyçay Rayon Məhkəməsinin
sədri Fərhad Əfəndiyevin icraatında olan 2-(046)-107/14 saylı mülki
işin baxılması bir çox bəhanələrlə yubadılıb. Həmin iş üzrə 08 avqust
2014-cü il tarixli qərardadla təyin edilmiş məhkəmə tikinti-texniki
ekspertizası mütəxəssisi öz vəzifəsinə etinasız yanaşıb. Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri isə əraziyə baxış keçirmiş
olsalar da, tələb olunan mütəxəssis rəyini və sənədləri ekspertizaya
təqdim etməyiblər. Bu səbəbdən məhkəmə tikinti-texniki ekspertizası
qərardadını icrasız saxlayıb və mülki iş materialları geri qaytarılıb”.
Sahibkar Mayılova deyir ki, başına gələnlər “Azərsu”nun 12 milyon
manatlıq talama oyunun bir hissəsidir: “Bu qurum indiyədək həyata
keçirdiyi qanunsuz işlərini və talançılığını ört-basdır etməyə 5 milyon
manat rüşvət paylayıb. Belə bir məbləğdə rüşvət verməkdən çəkinməyən
“Azərsu” ASC ilə hansı formada və nəyin mübarizəsini apara bilərəm?
“Azərsu” ASC-nin Göyçay rayonunda olan fəaliyyəti yoxlanarsa, aşkar
olunar ki, milyonlarla manat pulu torpaq alınmasına görə büdcədən silmiş
olsalar da, bu günə qədər bir qarış torpağın rəsmi sənədi belə yoxdur.
Ökə başçısı cənab İlham Əliyevdən xahiş edirəm ki, cavabdeh şəxslərdən
bu talançılıqlarının hesabının sorulması üçün göstəriş versin.
“Azərsu”dan soruşulsun ki, dövlət başçısının sərəncamıma əsasən ayrılmış
pullarla qurum nə üçün torpaq sahəsi almayıb və vətəndaşların
mülkiyyətini zəbt etməklə orada anbar və digər obyektlər tikiblər?
nəzərə alaraq, qanunsuzluqlara əl qoymuş Qərib Məmmədov və “Azərsu”
rəhbərliyinin cəzalandırlmasını, hüquqlarımın bərpasına göstəriş
verməyinizi sizdən xahiş edirəm”(musavat.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=14506